Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Azərbaycanda erkən nikah problemi: Maarifləndirmə və cəzalar artırılmalıdır

Elm və təhsil

22-02-2024, 13:57

Azərbaycanda erkən nikah problemi: Maarifləndirmə və cəzalar artırılmalıdır


Son zamanlar qızların təhsildən uzaqlaşdırılaraq erkən nikaha cəlb olunması ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. Bəziləri günahı ailədə, bəziləri isə maarifləndirmənin az olmasında görür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, 2023-cü ildə komitə 25 erkən nikah faktının qarşısını alıb:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyindən il ərzində ölkənin şəhər və rayonlarında təhsildən yayınan, kimsəsiz sosial təhlükəli vəziyyədə olan, hüquq pozuntusu törətmiş uşaqlar barədə məlumatlar toplayır. Yerli icra hakimiyyəti orqanlarından da şəhər və rayonlarda yaşayan qız uşaqlarını təhsildən yayındıran ailələr barədə məlumatlar toplanılır. Həmin məlumatlar komitənin 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinə yönləndirilir. Mərkəzlər təhsildən yayınan, sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə səfərləri təşkil edirlər. Ailənin qiymətləndirilməsi, valideyn və uşaqlarla fərdi profilaktik işlər aparılır.
Əgər belə ailələrdə erkən nikah, uşaq evlilikləri faktı aşkalanarsa, qarşısı alınır.

2023-cü il ərzidə komitənin Uşaq və Ailələrə Dəstək mərkəzi təhsildən yayınma ilə bağlı 68 ailəyə səfər edib. Erkən nikah faktı ilə bağlı 27 ailəyə monitorinq səfəri təşkil edilib. Aidiyyatı qurumların əməkdaşları ilə birgə 25 erkən nikah faktının qarşısı alınıb. 16 yaşında ana olan 12 qızın ailəsinə səfər edilib. Ailənin qiymətləndirilməsi aparılıb”.

Kamilə Əliyev 2021-ci illə müqayisədə 2022-ci ildə erkən nikahların sayının artdığını vurğulayıb:


“2021-ci ildə 137 hal qeydə alınıb. 2022-ci ildə isə erkən nikah hallarının sayı 270-ə çatıb. 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə bağlı 2023-ci ilin məlumatları hələ açıqlanmayıb.


Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq 2021 və 2022 ilin statistikasını müqayisə edə bilərik.



2021-ci ildə 18 yaşınadək analar tərəfindən 1650 uşaq doğulubsa, 2022-ci ildə belə uşaqların sayı artaraq, 2011-ə çatıb. Ən yüksək göstəricilər Qazax-Tovuz iqtisadi rayonudur ki, burada 280, Mərkəzi Aran iqtisadi rayonunda 245, Qarabağ iqtisadi rayonunda isə 240 uşaq dünyaya gəlib. Belə halların qarşısının alınması istiqamətində mütəmadi olaraq, dövlət tərəfindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və 11 Uşaq və Ailələr Dəstək mərkəzləri tədbirlər görürlər, maarifləndirici görüşlər keçirilir.


Çap vəsaitləri, elektron vəsaitlər, sosial çarxlar hazırlanır. Bu işlər mütəmmadi aparılır. Ancaq təəssüf ki, biz belə hallarla yenə də qarşılaşırıq”.

Qurum rəsmisi bu məsələdə yanlız dövlət tərəfindən görülən işlər kifayət etmədiyini deyib:

“Cəmiyyətin bütün üzvlərinin, vətəndaş cəmiyyətinin fəal olması çox vacibdir.

Ona görə biz ictimai fəal insanlara, Qeyri-Hökümət Təşkilatlarına, bələdiyyələrə, din xadimərinə, bütün cəmiyyət üzvlərinə problemlərə bu halların qarşısın alınmasında yaxından iştiraka çağırırıq. Belə hallarla üzləşən şəxslər dərhal komitə yanında fəaliyət göstərən 860 qaynar xəttinə müraciət etmələrini tövsiyə edirik”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə saytımıza açıqlamasında erkən nikahların səbəblərindən bəhs edib:

“Bu problemin kökündə köhnə, unudulmuş qaydaların qabardılması, qadınların-qızların təhlükəsizliyi, qız uşaqları ilə bağlı mövcud sterotiplərin, tələblərin ağırlaşması dayanır. Belə olduqda, valideynlər təcili ərə verməyə qərar verirlər. Kifayət qədər psixoloji və sosial amillər təsirini göstərir. Biz daha çox erkən nikahdan zərər çəkənlərin yenidən həyata qayıtması, öz mənini bərpa etməsi, kimi fəsadlarla mübarizə aparırıq. Erkən nikah qurbanlarının reabilitasiya prosesinə kömək edirik. Bunlar vaxtilə erkən nikah qurbanı olub, uşaqla çıxılmaz vəziyyətdə olan qadınlardır.

Ancaq paralel olaraq, aşkarlanma ilə bağlı da işimiz olub. Toy, nişan baş verməzdən öncə bizdə fəaliyyət göstərən qrupa məlumat verilib. Qarşısını almaq üçün hüquq-mühafizə orqanları tədbir görüblər.”


İctimai Birliyin sədri vətəndaşların bu məsələdə aktivliyinin mühüm rol oynadığını vurğulayıb:

“Erkən nikahın qarşısını almaq üçün hökümət tərəfdən müəyyən addımlar atılır. Bu addımlar əvvələr çox yaxşı idi. Sonradan, pandemiya dövründə yenidən zəifləmə baş verdi. Amma indi kifayət qədər ciddi işlər görülür.

Əsas olan odur ki, bu problemdə vətəndaşlar da iştirak etsin. Artıq bunu müəyyənləşdirmək çətinləşib. Çünki heç toyla da məsələni həll etmirlər. Uşaq olandan sonra məlum olur. Baş verənlərlər bağlı dərhal məlumat verilməlidir. Çünki bəzən biz gecikirik, rayon yerində hadisə gizli baş verir”.

Mehriban Zeynalova sonda qeyd edib ki, cəza və cərimələrin artırılması vacibdir:

“Cəzaların artırılması da rol oynaya bilər. Cəmiyyətin iştirakı, hökümətin dərhal tədbir görməsi çox effektiv nəticə verə bilər. Cinayət tərkibi, cərimələr ağırlaşarsa, qısa müddətdə qarşısını olmaq olar”.

Qeyd edək ki, bir müddət əvvəl Komitə erkən nikah mövzusunda araşdırma hazırlayıb. Araşdırmada erkən nikahlarla mübarizə üçün çıxış yolları göstərilir:

1. Erkən nikah kompleks tədbirlər tələb edən sosial bir problem olduğu üçün təkbaşına maarifləndirmə aksiyaları ilə qarşısını almaq mümkün deyil. Maarifləndirmə işi davam etdirilməlidir, lakin bu kampaniyalarda əsas hədəf erkən nikaha loyal münasibət göstərən şəxslər olmalıdır.

2. Bir çox hallarda erkən nikahın səbəbi sosial-iqtisadi vəziyyətlə bağlı olduğu üçün müvafiq qurumlarla birgə riskli ailələrin sosial təminatının yaxşılaşdırılması, eləcə də qızların keyfiyyətli təhsilə əlçatanlığının artırılması ilə bağlı kompleks tədbirlər görülməlidir.

3. Qanunvericiliyin hökmlərində məsuliyyət artırılmalı, cinayət tətbiqi mexanizmləri müvafiq orqanlarla - Daxili İşlər Nazirliyi ilə müzakirələr əsasında təkmilləşdirilməli, ictimai nəzarət gücləndirilməlidir.

4. Erkən nikaha məruz qalan şəxsin valideynlərinin cəzalandırılması ilə yanaşı qanunvericilikdə, cinayət məcəlləsində 18 yaş altında nikaha daxil olan şəxsin tərəf-müqabilinin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişikliklər aparılmalıdır..

Oxunub: 784
Paylaş:
Digər xəbərlər

Gündəm

19-12-2023, 12:42

Təhsildən yayınan qızların bir çoxu nikaha məcbur edilir - Komitə sədri

Mədəniyyət

20-02-2024, 15:00

Azərbaycanda erkən yaşda ərə verilən qızların rəsmi SAYI

Elm və təhsil

22-11-2023, 11:54

Qızların təhsildən yayınma halları artıb – “Aidiyyəti qurumlar hara baxır?”

Məktəblər

30-04-2023, 12:42

Paytaxt məktəblərində erkən nikah mövzusunda tədbirlər keçirilib - FOTO

Elm və təhsil

10-08-2023, 23:56

Valideynlərə ÇAĞIRIŞ: qızlara təhsil verin!

Araşdırma
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Elm və Təhsil
Dün, 14:11
Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
Dün, 14:10
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
Dün, 14:09
Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
Dün, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
11-07-2025, 16:17
MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
11-07-2025, 16:00
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Hadisə
Bugün, 01:10
AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Son xəbərlər
  • Bugün, 01:10
    AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
  • Dün, 14:11
    Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
  • Dün, 14:10
    Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
  • Dün, 14:09
    Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
  • Dün, 14:00
    Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
  • 11-07-2025, 16:17
    MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
  • 11-07-2025, 16:00
    Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
  • 11-07-2025, 16:00
    DİM-də GRE General Test imtahanı keçirilib
  • 11-07-2025, 15:59
    Azərbaycan Universitetində yaz imtahan sessiyası başa çatıb
  • 11-07-2025, 15:58
    Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
  • 10-07-2025, 12:30
    Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • 10-07-2025, 12:29
    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 10-07-2025, 12:28
    7318 müəllim İŞDƏN ÇIXARILDI
  • 10-07-2025, 12:27
    Sertifikasiyadan riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə OLUB
  • 10-07-2025, 12:27
    Riyaziyyatdan zəif nəticə göstərənlər bu universitetin MƏZUNLARIDIR
  • 10-07-2025, 12:26
    Sertifikasiyada 3 sual iştirakçıların lehinə çıxarılıb- Nazir səbəbini AÇIQLAYIB
  • 10-07-2025, 12:25
    Sertifikasiya müəllimlərin maaş artımını sürətləndirib- RƏQƏMLƏR
  • 10-07-2025, 12:24
    Rusdilli məktəblər BAĞLANMAYACAQ
  • 10-07-2025, 12:24
    Nazir kimya müəllimlərinin narazılığına münasibət BİLDİRİB
  • 10-07-2025, 12:22
    Özəl bağçalarda dövlət dəstəyi ilə təhsil alan uşaqların sayı 5000-ə çatdırılacaq
  • 10-07-2025, 12:22
    Məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub
  • 10-07-2025, 12:21
    Bu il 40 bağça direktoru vəzifəsindən azad edilib
  • 10-07-2025, 12:20
    Yeni tədris ilində 10-dan artıq məktəb AÇILACAQ
  • 10-07-2025, 12:19
    Sertifikasiya və MİQ suallarını kimlər tərtib EDİR?
  • 9-07-2025, 18:06
    Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
  • 9-07-2025, 10:38
    Bakıda yerləşən bağçada ciddi nöqsanlar aşkarlandı
  • 9-07-2025, 10:38
    MİQ-in IV günündə 5 fənn üzrə imtahan KEÇİRİLƏCƏK
  • 9-07-2025, 10:37
    İyulun 11-də GRE imtahanı keçiriləcək
  • 9-07-2025, 10:35
    Qabiliyyət imtahanlarının nəticəsi ilə bağlı apellyasiyaya müraciət SAYI
  • 8-07-2025, 18:50
    Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
  • 8-07-2025, 08:36
    Direktorların işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
  • 8-07-2025, 08:34
    Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
  • 8-07-2025, 08:33
    Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı bu tarixdə OLACAQ
  • 8-07-2025, 08:32
    II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları
  • 8-07-2025, 08:31
    BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir
Daha çox
8-07-2025, 18:50
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
9-07-2025, 18:06
Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
Dün, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
11-07-2025, 15:58
Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
8-07-2025, 08:34
Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə