İDARƏETMƏ ANLAYIŞI ONUN MAHİYYƏTİ FUNKSİYALRI VƏ PRİNSİPLƏRİ
“İdarəetmə” anlayışı ümumi anlayışlar sırasındadır. Bu anlayış ancaq texniki və istehsal sahələrində deyil, həm də sosial sistemlərdə, həmçinin pedaqoji sistemdə, təhsilin idarə edilməsində istifadə edilir. İdarəetmənin elmi əsasını elmi biliklər təşkil edir. Elmi biliklər idarəetmənin nəzəri və praktik əsasını təşkil edir.
“İdarəetmə” anlayışı optimal nəticələri əldə etmək məqsədi ilə məktəb işlərinin planlı, mütəşəkkil, müntəzəm təmin və təşkil etmək, məktəb daxilində baş verən münasibətləri, olduqca mürəkkəb pedaqoji, metodiki və psixoloji proses və problemləri məqsədyönlü və şüurlu sürətdə tənzimləməkdir.
Təhsili idarəetmə dedikdə isə proses iştirakçılarının qarşılıqlı təsiri nəzərdə tutulur. İdаrəеtmə hər hаnsı bir оbyеkt (təşkilаt, müəssisə, firmа) оlmаdаn icrа еdilə bilməz. İdаrəеtmənin mövcudluğu təşkilаtın mövcudluğu ilə bаğlıdır. Yəni təşkilаt vаrsа idаrəеtmə də vаrdır. İdаrəеtmə sistеmi - оbyеkt və subyеkt оlmаqlа iki əsas tərkib hissədən ibаrətdir
Təhsildə idarəetmənin struktur ünsürlərinə onun obyekt və subyektləri, həmçinin onların qarşılıqlı münasibətləri daxildir. Təhsilin idarəetmə subyektləri dedikdə idarəetmə fəaliyyətini həyata keçirən, bu sahədə səlahiyyətə malik olan şəxslər, idarə, təşkilat və qurumlardır. Təhsilin idarədilməsinin başlıca məqsədi cəmiyyətin və dövlətin məktəb qarşısında qoyduğu tələbləri yerinə yetirmək, müasir cəmiyyətimizə uyğun zəngin mənəviyyatlı, elmi dünyagörüşlü, vətən layiq vətəndaş yetişdirmək, hərətərəfli ahəngdar inkişaf etmiş şəxsiyyət formalaşdırmaq və bunun üçün əlverişli şərait yaratmaqdan ibarətdir[1,s.5].Təhsilin idarə edilməsi funksiyaları dedikdə isə hər şeydən əvvəl, “idarəetmə funksiyası” ifadəsinin mənasını açıqlamaq lazımdır. “Funksiya” sözü latın sözü olub, “həyata keçirmə”, “həll olunma” deməkdir. Bu, idarəetmə obyekti ilə idarə edən sistem arasında münasibətlərin qurulmasıdır.
İdarəetmə funksiyalarından danışdıqda söhbət planlaşdırma, təşkiletmə, rəhbərlik, nəzarət - monitorinq, təhlil və tərkib etmək deməkdir. Bunlarla yanaşı bir sıra konkret funksiyalar da mövcuddur. Məsələn, pedaqoji kadrlarla işin təşkili və ya təhsilin keyfiyyətinə nəzarət, özfəaliyyət dərnəklərinin işinin keyfiyyətinin əldə edilməsi, fənn kafedralarının (fənn birləşmələrinin) fəaliyyətinin əlaqələndirilməsi və s. Ümumiyyətlə, idarəetmə funksiyaları çoxdur.
İdarəetmədə təşkiletmənin həyata keçirilməsi ilə əlaqədar səlahiyyət, məsuliyyət, nüfuz, hakimiyyət, lider kimi müxtəlif anlayışlardan istifadə olunur. Bu anlayışlar barədə də məlumat verməyi məqsədəuyğun hesab edirik.
Səlаhiyyət – rəhbər işçinin müəssisənin müəyyən işlərini yеrinə yеtirmək üçün işçilərdən, təşkilаtın mаddi və mаliyyə еhtiyаtlаrındаn istifаdə еtmək hüququdur.
Məsuliyyət – vеrilən tаpşırıqlаrın yеrinə yеtirilməsi öhdəliyini və оnlаrın qənаətbəxş həll еdilməsinə cаvаbdеhliyi, çalışqanlığı, vicdanla fəaliyyət göstərməyi ifаdə еdir.
Nüfuz – bir fərdin bаşqа bir fərdin dаvrаnışındа, münаsibətlərində, duyğusundа dəyişiklik yаrаdа bilən, ona təsir edə bilən dаvrаnışdır.Hаkimiyyət – səlаhiyyət, nüfuz və fərdi kеyfiyyətlərindən istifаdə еtməklə bаşqаlаrının dаvrаnışınа təsir еtmək, onu müəyyən istiqamətə yönəltnəkdir.
Lider - (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) Müəyyən bir qrupda və ya kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxsdir. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, ona inanır, o kollektivin daxili təşkilində, inkişafında və müsbət fəaliyyətində, əsas rol oynayır.
Təhsildə idarəetmə özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər idarəetmə işini düzgün qurmağa kömək edir. Həmin xüsusiyyətlər aşağıdakılardır:
İyerarxik- yəni idarəetmə ünsürlərinin tabeçilik asılılığı ilə əlaqədardır. Aşağı təbəqəli qurumlar, təşkliatlar yuxarı təşkilatlara tabe olmalıdır.
Nisbi – yuxarı səviyyəli subyektlər aşağı səviyyə subyektlər üçün idarəedici rolunda çıxış edir.
Fasiləsiz – idarəetmə fasiləsiz olaraq davam etdirilir, informasiyalar davamlı olaraq dövr edilir, subyektlərə çatdırılır.
Dövrü - İdarəetmə prosesində fasiləsizlik dövriliklə sıx bağlıdır. İlkin informasiya və qərardan sonra yeni qərarın qəbuluna və yeni informasiya alınması üçün yeni bir dövr başlayır.
Təhsilin idarəedilməsini səmərəli təşkil etmək üçün aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir.1.İdarəetmədə məqsədyönlülük prinsipi
hər bir iş müəyyən məqsəddən başladığı kimi, idarəetmə də elmi cəhətdən əsaslandırılmış məqsədi irəli sürülməsindən başlayır və vəziyyət öyrənilir, buna uyğun həyata keçiriləcək işlərin proqramı tərtib olunur. Tərtib edilmiş proqram əsasında məqsədlər formalaşdırılır və müəyyən fəaliyyətin icrasına başlanılır. Fəaliyyət prosesi nəzarətdə saxlanılır və yeri gəldikcə müəyyən istiqamətləndirmə və stimullaşdıma tədbirləri həyata keçirdilir. Son olaraq isə, fəaliyyətin nəticələri ümumiləşdirilir, təhlil edilib qiymətləndirilir və müavafiq nəticələr əldə edilir.
2.Kollegiallıq ilə vahid rəhbərliyin əlaqələndirilməsi prinsipi.
Bu prinsipə görə təhsil müəsissəsində təkbaşına idarəetmə səmərəli nəticələr verməz. Səmərəli və keyfiyyətli idarəetmə kollegial orqanların, ictimai özünüidarə orqanlarının əməkdaşlığı, birgə fəaliyyəti ilə həyata keçirilir. İdarəetmə zamanı mübahisəli məsələlərdə kollektiv müzakirələr aparılır, nəticələr çıxarılır və ümumi rəyə əsasalan qərar qəbul edilir. Bu halda kollektivin maraqları və işin mənafeyi əsas götürülür. Məsuliyyət isə həm kollektivin, həm də rəhbərliyin üzərinə düşür.
Bəs kollegial orqanlar dedikdə nə başa düşülür? Kollegial orqanlara nələr daxildir? “Bura daxildir: Pedaqoji şura, Məktəb şurası, Valideyn şurası, Metodik Şura və metod birləşmələr, Məktəb Uşaqlar birliyi, Şagird özünü idarə orqanları, Məktəb həmkarlar təşkilatı, direktoryanı müşavirələr, Məktəb konfransı, məktəb direktorunun müavinləri, məktəb psixoloqu, hərbi rəhbər” [2s.176]
3.Təhsilin demokratikləşdirilməsi prinsipi.
Bu təhsilə rəhbərlikdə rəhbərin idarəçiliyə demokratik liderlik üslubundan başlaması deməkdir. Bu üslub müəllim və şagird, tələbə şəxsiyyətinə dərin hörmət, fərdin və kollektivin özünütəşkil və özünüidarəetmə istiqamətlərinə inam üzərində qurulur. İdarəetmədə demokratiklik o deməkdir ki, burada insan azadlığı və hüquqları qorunur, onların maraq və istəkləri nəzərə alınır, qabiliyyət və bacarıqları sərbəst şəkildə üzə çıxır, alınan nəticələrdə inkişafyönümlü sıçrayış baş verir.Təhsili idarəetmədə humanizm prinsipi.
Bu prinsip təhsil rəhbərinin tabeçiliyində olanlara hörmətlə yanaşmasından, onlarla münasibətində pedaqoji etika normalarına və işgüzar ünsiyyət və münsibət etikasına ciddi riayət etməsindən irəli gəlir. Bu, eyni zamanda hər bir insanın qabiliyyət və imkanlarını nəzərə alaraq vəzifələrin bölüşdürülməsini və onun yaradıcı potensialının şəxsin özünün, təhsil müəssisəsinin və şagirdlərin, bütövlükdə milli təhsil sisteminin xeyrinə ortaya qoyulması üçün ən əlverişli mühitin yaradılmasını da əhatə edir
5.İdarəetmədə dövlət və ictimai əsasların uzlaşdırılması prinsipi.
Bu prinsip, təhsil sisteminin idarə olunmasında və məktəbə rəhbərlikdə dövlət orqanlarının fəaliyyəti ilə ictimaiyyət və onu təmsil edən ictimai özünüidarə orqanlarının birgə əməkdaşlığının sıx əlaqələndirilməsini təmin edir. Təhsil həm dövlətin, həm də bütövlükdə cəmiyyətin işidir. Bu səbəbdən, ictimaiyyət təhsilin idarə edilməsində yaxından iştirak etməlidir.
6.İdarəetmədə ardıcıllıq, sistemlilik və bütövlük prinsipi.
Bu prinsip pedaqoji prosesin sistemli və ardıcıl mahiyyətini dərk etməyə əsaslanır. Məktəb idarəçiliyinə sistemli bir yanaşmanın metodologiyası, məktəbin bir sistem (bütövlük, quruluş, inteqrativlik, xarici mühitlə ünsiyyət) kimi aydın təsəvvürünə sahib olmağa təşviq edir. Sistemlilik prinsipi - idarəetməyə sistem halında yanaşmanı nəzərdə tutur. Bu əsas hesab oluanan bütün prinsiplərin idarəetmə sisteminin bütün tərəflərinə, elemnetlərinə, funksiyalarına tətbiqini nəzərdə tutur. Bu tətbiq ardıcıl və planlı şəkildə həyata keçirilməlidir
7. Təhsilin idarə edilməsində elmilik və nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi prinsipi.
Müasir dövrdə idarəetmə insanlar arasında yüksək şüurlu münasibətə və elmə əsaslanır. Bunların hər ikisi bir-biri ilə əlaqədar olub, biri digəri olmadan mümkün deyil. Şüurlu idarəetmə təbiət və cəmiyyətin obyektiv qanunların tələblərini və reallığı nəzərə almağı tələb edir. Elmi idarəetmənin qarşısında duran vəzifə isə ictimai münasibətləri elmi əsaslarla qurmaq, inkişafda baş verən ziddiyyətləri üzə çıxarmaq və vaxtında aradan qaldırmaqdır. Bu prinsip məktəb idarəçiliyini elmi əsasda qurmağı, elmi biliklərdən, xüsusilə pedaqogika və psixologiya elmlərinin nəticələrindən yaradıcı şəkildə istifadə etməklə yüksək göstəricilərə nail olmağı nəzərdə tutur.
8.Təhsili idarəetmədə aşkarlıq və şəffaflıq prinsipi.
Bu prinsip demokratiyanın təzahürü olub, bir-birilə sıx bağlıdır. Aşkarlıq görülən işlərin, aparılan yoxlamaların, müzakirə və qərarların gizlin yox, aşkar şəkildə olmasını, kollektivə vaxtında məlumat verilməsini nəzərdə tutur.
Aşkarlıq - hər şeyin hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki, məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur və ictimai bəlaya çevrilir. Aşkarlıq olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini düzgün müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə nail olmaq mümkün deyildir. Şəffaflıq məktəbin müxtəlif fəaliyyət sahələrinin, xüsusən, maliyyə-təsərrüfat fəaliyyətinin kollektivə, cəmiyyətə açıq olmasında özünü göstərir.
9.İdarəetmədə planlaşdırma, uçot və nəzarətin vəhdəti prinsipi.
Planlaşdırma idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə sistemində planlaşdırmanın mühüm rol oynadığı sübuta ehtiyacı olmayan bir həqiqətdir. Hər bir iş planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır, kompasdır. Planlaşdırma - şagirdlərin təlim-tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin müəyyənləşdirilməsi və sistemləşdirilməsidir.
Nəzarət və uçot idarəetmənin əsas tərkib hissələrindəndir. O öz ifadəsini qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və s. icrasının tələbə uyğunluğunu yoxlamaq deməkdir.
10.Optimallıq prinsipi.
Bu prinsip idarəetmə işində konkret şərait üçün ən münasib (optimal) variant seçib tətbiq etməklə səmərəli nəticəyə nail olmağı nəzərdə tutur. Optimallaşdırmanın iki ümumi göstəricisi vardır: a) müəyyən şəraitdə mümkün olan yüksək nəticələr əldə etmək; b) bu nəticələrə az vaxt, qüvvə, vəsait və əsəb gərginliyi sərf etməklə nail olmaq. Əgər idarəetmədə alınan nəticələr bu göstəricilərə uyğun gələrsə, bu halda idarəetmənin optimallığından danışmaq olar.
11.Təhsilin idarə edilməsində inteqrasiya prinsipi.
Bu prinsip idarətmədə Avropa və dünya təhsil sistemini öyrənməyi, onların təcrübəsindən istifadə etməyi tələb eidr. İnteqrasiyanın məqsədi həmçinin tələbə və müəllimlərin hərəkətliliyini və onların beynəlxalq əmək bazarında yüksək rəqabət qabiliyyətini təmin etməkdir. İnteqrasiya prinsipi idarəetmə fəaliyyətinin həyata keçirilməsində inkişaf etmiş qabaqcıl təhsil müəssisələrinin təcrübələrindən istifadə edilməsini, beynəlxalq idarəetmə sistemlərinə inteqrasiya olunmasını nəzərdə tutur.
12.Təhsili idarəetmədə tabeçilik prinsipi.
Bu prinsip idarəetmənin yuxarı və aşağı pillələrinin qarşılıqlı asılılığını təmin etməklə, yuxarı səviyyədən gələn tapşırıqların aşağı səviyyələrdə lazımi qaydada yerinə yetirilməsini nəzərdə tutur. Müxtəlif səviyyəli təhsil müəssisələrində isə direktor-müəllim, rektor-müəllim, müəllim-şagird, müəllim-valideyn və s. bu kimi münasibətlər nəzərdə tutulur.müəssisələrinin və bütövlükdə idarətmənin uğurlu həyata keçməsi üçün ən mühüm şərtdir. Beləliklə, deyə bilərik ki, idarəetmə çətin və mürəkkəb pedaqoji proses olmaqla onun səmərəsi və keyfiyyəti idarəçilərinin yüksək səriştəli və peşəkar fəaliyyət göstərməsindən asılıdır.
Lalə Yusif qızı Əzimova,
Qərbi Kaspi Kollecinin direktoru,"Laləli bagca" körpələr evi uşaq bagcasının təsisçisi.
laleazimova314@gmail.com
https://orcid.org/ 0009-0002-3034-7 E-mail. laleezimova 2023@gmail.com
Tel. 055 612 36 52