Bütün tələbələr və müəllimlər üçün ziddiyyət doğuran məsələlərdən biri də məhz MİQ imtahanıdır. Xüsusən cari ilin məzunları həm müəllimlik üzrə diplom alır, həm də MİQ imtahanında iştirak etmək məcburiyyəti qarşısında qalırlar. Burdan da belə bir sual ortaya çıxır ki, "Universitet verdiyi təhsilə güvənmir? Universitet diplomunun arxasında durmur?" Yoxsa Təhsil Nazirliyi öz universitetlərinə güvənmir?
Nəzərə alsaq ki, müəyyən səbəbdən təhsil sahəsindən uzaqlaşan insanların yenidən imtahan verməsi normal qarşılana bilər. Amma bu gün bir tələbə bütün yenilikləri öyrənir, hətta çox vaxt diplom belə ala bilmədən arayışla imtahanda iştirak edir. Universitetlə hələ sağollaşmamış dərhal MİQ yoxlanışı ilə qarşılaşır. Nazirlik Universitetə güvənmir, yoxsa Universitet diplomuna güvənmir?
Niyə bu gün bütün KFC, McDonald's kimi kafelər, "Oba", "Araz", Al market və s. marketlər, taksilər, saç ustaları, dərzilər və b. hamısı ali təhsilli gənclərdir? Diplomu bu qədər ucuzlaşdırıb şəxsiyyət formalaşdırırıq. Hər kəs arzularından, xəyallarından vaz keçir və həyata atılır. Məcburiyyət vadar edir ki, gedib bu işlərdə işləsinlər. Ailə qayğıları insanları insan olmaqdan çıxarır. Ancaq "bəzi" insanlar uğur qazanır. Digərləri isə məlum yollardan birini seçir. Artıq nə düşüncə, nə istək - hər şeydən vaz keçir. Biz bunun üçün mü təhsilə "çox böyük" əhəmiyyət veririk?!