Buna bir dur deyək. Bəh-bəhlə həmin şəkilləri reklam edib, yarışlar keçirib pulla diplomlar, sertifikatlar almaq əvəzinə töhmətlər verək, başa salaq ki, səhv edirsiniz. Təhsili uçuruma dorğu getməkdən qurtaraq.
Məktəblərimizdə təkrarlanan xətalardan biri də müəllimlərin davamlı telefondan istifadə etməyidir. Bütün dərs prosesini video və ya şəkillərlə çəkir paylaşırlar. İndi burda da maraqlı bir sual bizi düşündürür:
-Müəllim özü örnək olmalıdırsa, onda şagirdlərinə nəyi təbliğ edir?
- Müəllimin işi təlim nəticəsini reallaşdırmaqdırsa, şəkil, video nə üçündür?
- Kimə, nəyi sübut edir?
- Dərsə kamera arxasından baxmaq yerinə birbaşa dərsini keçsə, şagirdlərlə işləsə daha düzgün olmazmı?
Müəllimin işi vicdanlı şəkildə dərsini səmərəli və keyfiyyətli yerinə yetirməkdir. Bunu etməyə borcludur, vəzifəsidir. Bunu kiminsə görməyinə ehtiyac yoxdur. Kiməsə sübut etməli deyil, özünü reklam etməli deyil.
Sosial medialar həyatımıza daxil olsa da, hər zaman bundan düzgün istifadə etmirik. Bir müəllim peşə vəzifəsini yerinə yetirərkən heç də bunu vatsap və ya digər sosial medialardan paylaşmamalıdır. Əvvəla, uşaqların da bir şəxsiyyət kimi haqqı var ki, şəkil və videoları sosial mediada paylaşılmasın. Bu hələ də indiki dövrdə təhlükəlidir.
Valideynlər isə düşünür ki, elə belə də olmalıdır. Əksinə şəkil, video çox paylaşan müəllimi yaxşı müəllim hesab edirlər. Halbuki müəllim işini görmək yerinə yaxşı şəkil, videolar çəkməyə, özünü göstərməyə çalışır. Bu nə dərəcə düzgündür?!. Əksinə müəllim telefonu əlindən yerə qoyub bütün diqqətini dərsə yönəltməlidir, uşaqların tərbiyəsinə yönəltməlidir, ikincisi də belə örnək olmurlar. Özü telefondan istifadə edir, amma şagirdə deyir sən eləmə. Sən dərsə qulaq as, nəsə öyrən. Telefonla şəkil, video çəkən müəllimin dərsinin keyfiyyəti yoxdur. Ola bilməz! Bunun qarşısı alınmalıdır. Bu haqda bir tədbir görülməlidir. Bu salınan dəb şagirdləri də, müəllim nüfuzunu da heçə endirir. Müəllim şəxsiyyətinə olan münasibət dəyişir. Şagirdlərin tərbiyəsi anlayışı məhv olur. Buna bir dur deyək. Bəh-bəhlə həmin şəkilləri reklam edib, yarışlar keçirib pulla nəsə diplomlar almaq əvəzinə töhmətlər verək, başa salaq ki, səhv edirsiniz. Təhsili uçuruma dorğu getməkdən qurtaraq.