Təhsil sistemimizdə maraqlı olan proseslərdən biri də ödənişli əsaslara çox yer verilməsi və dövlət sifarişli yerlərə az yer verilməsidir. Üstəlik dövlət sifarişli yerlərə qəbul olunmaq hardasa imkansızdır. Niyə belə bir hal yaranır?
Hər birimiz bu dövlətin vətəndaşıyıq və təhsil bitdikdən sonra yenə bu dövlət üçün çalıçacağıq. Azərbaycanda bir ailənin gəliri 380-400 manatdırsa, o ailənin övladı ödənişli əsaslarla oxutması imkansızdır. Bunun kirayə pulu, gediş-gəliş, ehtiyaclar və s. hardasa qarşısıalınmaz bir əzaba çevrilir.
Üstəlik eyni fakültə və ya ixtisasın fərqli yerlərdə fərqli ballarda olması və fərqli ödənişləri olması tam olaraq necə əsaslandırılır o da sual işarəsi altındadır.
İldən ildə artan illik ödənişlər təhsil və müəllimlər durduqca artması da ayrı bir söhbətdir. Dövlət universitetləri ilə özəllərin bəs fərqi nədir? Özəl özəldir ödəniş tələb edə bilər, bəs dövlət? Dövlət özü, demək olar ki, tələbə götürmür. Ancaq bir neçə yer verilir fantastik ballarla. Niyə?
Hansı universiteti bitirməsindən asılı olmayaraq yenə də işlə təmin edilməsi üçün MİQ imtahanı lazımdır. Demək ki, hər hansı prestijdən söhbət getmir. Proqram və istifadə edilən ədəbiyyatlar da eyni olduğuna görə bu "gözoxşayan" fərqliliklər nə üçündür?
Ölkəni təhsillə təmin etmək əvəzinə siyasətə çevirib ancaq daha çox pul qazanmaq düşüncəsi əsas götürülür.
Bundan əlavə, fakültə ballarının da düzgünlüyü şübhə altındadır. İxtisasların bal səviyyəsinə yenidən diqqət yetirmək, bununla da, cəmiyyətin düzgün tərbiyələndirilməsi və insanların düzgün istiqamətdə tərbiyələnib cəmiyyətin inkişafını təmin etmək olar.