Məktəblərdə geniş yayılmış problemlərdən biri də Təhsilin İnkişafı üçün qarşıya qoyulan qeyri - mümkün planların dolmasıdır. Direktorun qarşısına müəyyən tələblər qoyurlar. Direktor həmin tələbləri müəllimlərin qarşısına qoyur.
Çünki tələb edilib, ortada bir məcburiyyət var.
Müəyyən sayda olimpiyadaya şagird verilməlidir.
Hamı buraxılışdan keçməlidir.
Ali təhsilli şagird sayı flan qədər olmalıdır.
Bu ardıcıllığı artırmaq mümkündür. Bu məcburiyyətin əsasında nə durur?
Şagirdləri olduğu kimi qəbul edib, sırf onları inkişaf etdirməyə köklənmək əvəzinə sağlam olmayan bu rəqabət, düzgün olmayan bu tələblər nə dərəcədə effektlidir?
Dövlət tələb etmədən öncə təmin etməlidir. Azərbaycanda təhsil səviyyəsini olduğu kimi qiymətləndirib ona uyğun plan hazırlanmalıdır. Biz isə dünya ilə yarışdayıq. Vəziyyət isə günü gündən acınacaqlı hala düşür.
TKTA isə birbaşa akkreditasiya ilə vəziyyəti daha da ağırlaşdırır. Təhsili iflic edir. Xarici məktəblərə əsaslanan planlar nəzərdə tutulan seçmə uşaqlardan ibarət özəl liseylər Azərbaycan deyil. Azərbaycan sadəcə Bakıdan, varlı təbəqədən, seçmə məktəblərdən ibarət deyil.