Məktəblərdə ciddi problemlərdən biri də məhz davamiyyət problemidir. Davamiyyət problemləri müxtəlif səbəblərdən baş verir. Amma qış aylarında, təbii ki, ən başlıca səbəb kimi sağlıq problemləri özünü göstərir.
Son zamanlar ard-arda yayılan infeksiyalar valideynləri çox narahat edir.
Təhsilmi, yoxsa sağlıqmı zidiyyəti arasında qalırlar.
Direktor uşaqların məktəbə gəlməsini tələb etsə də, valideynlər övladlarının sağlığını düşünürlər. Həm zəifləməsi, müalicəsi, həm də maddi problemlər qarşısında uşağını qorumağı üstün bilirlər.
Valideynləri narahat edən xəstə uşaqların dərsə buraxılmasıdır. Çünki bu sinifdəki digər uşaqların da xəstələnməsinə səbəb olur. Hətta siniflər məktəblərə də siraət edir və dərsdənyayınma halları daha çox olur.
Burdan da belə bir düşüncə yaranır? Həqiqətən xəstə uşağı valideyn icazə və xahişlə dərsə qoymamalıdır, yoxsa, məktəb icazə və xahişlə evə göndərməlidir?
Məktəbdə şagirdlərin sağlığı ilə maraqlanan tibb işçiləri dərhal müdaxilə edib valideynə məlumat verib məktəbdən evə getməsinin məsuliyyətini daşıyırlar. Eynilə hansı dərsin olmasından asılı olaraq dərsi tədris edən müəllim də bu məsuliyyəti daşıyır.
Əgər qanunla belədirsə, həqiqətən nəyi problem edirlər? Niyə direktor davamiyyət üçün müəllimlərə tapşırıq verir və bu gün davamiyyət bir problem hesab olunur. Epidemiya və ya infeksiya ola biləcək normal bir haldır.
Son illər artıq biz bu hadisələrlə dayanmadan qarşılaşırıq. Amma hələ də həllini tapmayan problem kimi qalıb. Axı niyə Təhsil Nazirliyi XXI əsrdə bir sürü layihə, təlim keçirərkən, dayanmadan yeni proqramlara maliyyə ayırarkən infeksiya problemləri və şagirdlərin davamiyyət problemlərini həll edə bilmir?
Pandemiya bizim üçün dərs olmadımı?
Niyə şagirdlərin proqramdan geri qalmaması, təhsili və sağlığı nəzərə alınmır?