Professor Çianın təcrübələri...
Metakurs nə üçündür? Sinqapur Milli Təhsil İnstitutunun təhsil fakültəsinin dekanı, psixologiya və insan inkişafı üzrə akademik qrupun professoru, təhsildə motivasiya tədqiqatlar laboratoriyasının təsisçisi Liu Vun Çia qeyd edir ki, şagird profilində dəyişikliyə nail olmaq müəllimdə müvafiq dəyişiklik hesabına mümkündür.
Yuxarıda göstərilən məqsəd və prinsiplərdən aydın olur ki, gələcək müəllimə kifayət qədər yüksək tələblər qoyulur: o, ixtisasına bağlı olan biliklərlə yanaşı, “şəxsiyyət yaratmaq” bacarığını əxz etməli, diqqətini təhsilin məqsədlərinə yönəltməyi, çeviklik nümayiş etdirməyi, liderliyi, yaradıclığı, bilik aşılamağı bacarmalı, “ictimai dəyərlərin keşikçisi” olmalıdır. L.V.Çianın fikrincə, belə bir müəllimin yetişməsi və təkmilləşməsi pedaqoji təcrübənin təlim prosesinin ayrılmaz tərkib hissəsinə çevrilməsi sayəsində mümkündür.
Tədqiqatların nəticələri onu deməyə əsas verir ki, gələcək müəllimlər üçün təlimin məzmunu və mərhələlərinin planlaşdırılmasının sistem formalaşdıran prinsipi peşə təcrübəsi və pedaqoji tədqiqatlarla refleksiv şəkildə əlaqədardır. Bu prinsip öz peşə fəaliyyətinin sistemli, məqsədyönlü öyrənilməsi prosesində müəllim hazırlığının və inkişafının refleksiv modelinin əsasını təşkil edir.
Pedaqoqlar üçün peşəkar təcrübə və pedaqoji tədqiqatlar üzrə Metakurs, daha yaxşı təcrübə toplamaq üçün bir neçə semestri əhatə edir. Onun məqsəd-nəticələrini aşağıdakı kimi xarakterizə etmək olar:
1. Tələbə şəxsi öyrənmə fəlsəfəsini formalaşdırmağı və təqdim etməyi bacarmalıdır;
2. Öyrətmə və öyrənmə konsepsiyasını refleksiya etməyi və paylaşmağı bacarmalıdır;
3. Müxtəlif kurslar və təcrübi məşğələlərdən öyrəndiklərini praktik şəkildə tətbiq etməyi bacarmalıdır;
4. Nəzəriyyə ilə təcrübə arasındakı əlaqəni aydın şəkildə ifadə etməyi bacarmalıdır;
5. Şəxsi rəqəmsal portfoliosundan istifadə etməklə, öz öyrətmə və öyrənmə bacarıqlarını təqdim etməyi bacarmalıdır;
6. Öz peşə təcrübəsində anlamanın və tədqiqatın vacibliyini dərk etməlidir.
Böyükağa Mikayıllı