Təhsilimizdə maraqlı olan cəhətlərdən biri məqsədimizin nə olduğunun bilinməməsidir. Məsələn, yenilik gətiririk amma özünküləşdirmə yoxdur. Elə olduğu kimi Avropadan bir yeniliyi Azərbaycanda tətbiq edirik. Bu nə dərəcə düzgündür? Axı ordakı sistemlə burdakı sistem eyni deyil? Necə bir dəyişiklik, ya da necə bir uğur gözləyirsiniz?Ya da təhsil dəyərləndirməsi edilir. Amma əsas götürülən Bakıdır. Azərbaycan Bakıdan ibarət deyil. O qədər rayon, qəsəbə, kəndlərimiz var ki, Bakıdakı sistem və maddi-texniki bazası ilə müqayisə belə edilməyəcək qədər bərbatdır. Niyə axı məhz hansısa lisey əsas götürülməlidir. Sonra da həmin məşhur məktəbə əsasən qərarlar verilməlidir.
Maraqlı epizodlardan biri də bütün valideynlərin ali savadlı olub övladlarına "kömək etməsi" nəzərdə tutulur. Əvvəla, hazırda demək olar ki, bütün valideynlər gərgin iş rejimində çalışırlar. Digər tərəfdən də hamı ali təhsilli deyil, olmaq kimi məcburiyyətləri də yoxdur. Nəzərə alsaq ki, ali təhsilli gənclərimizin 70 faizi satıcı, kassir, ofisiant kimi çalışır heç oxumasalar daha yaxşıdı, bəlkə də...
Əvvəl layihələr qəbul edilir, sonra layihələr üçün kiçik addımlar atılır. O layihəni təmin edəcək kadr, şərait, maddi- texniki baza yaranmamış niyə qəbul edirsiniz? Üstəlik yarımçıq şəkildə də saxlayırsınız?
Təhsili parça - parça, insanları köklü şəkildə məhz edirsiniz.