Sumqayıt Dövlət Universitetinin rektoru, kimya elmləri üzrə fəlsəfə doktoru Rüfət Əzizov təyinatdan sonra bu ali təhsil müəssisəsinin tədris ilinin birinci smestri üzrə müsbət nəticələr göz önündədir. Belə ki, köhnə komanda imtahan prosesindən tam kənarlaşdırılmış, 2 prorektor, 3 dekan, 12 dekan müavini, şöbə müdiri və sair əməkdaşlar vəzifədən azad edilmişdir. Keçən tədrisi ilinin sonunda 200 nəfərdən bir qədər çox tələbə imtahandan kəsilmişdisə, bu smestr 3000-ə yaxın tələbə imtahandan kəsilmişdir. Bu o deməkdir ki, orta müvəffəqiyyət göstəricisi 90 fazidən 65 faizdən bir qədər yuxarı həddə düşmüşdür. İmtahanlar bu smestr tam şəffaf keçirilmiş, heç bir kənar müdaxilə və korrpusiya faktoruna yol verilməmişdir. Birinci smestrin nəticəsi olaraq işində yol verdikləri nöqsanlara görə 15 nəfər şəxs intizam tənbehinə məruz qalaraq axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət almışdır. Bütün bunlar göstərir ki, ali və orta təhsil müəssisələrində şəffaflıq yaratmaq üçün sadəcə saf kadrlara təyinat vermək kifayətdir və illərdir yığılan əsas problemlər qısa müddətdə həllini tapır...