Bu gün sizlərə özü kiçik, amma qəlbi böyük bir vətənpərvər qızımızı təqdim edəcəyik. Kitablarda, qəzetlərdə-bir çox yerlərdə bəhs edilən bu qızımız öz vətənpərvərliyi ilə qəlbləri fəth etmişdir. Qızımız Azərbaycan respublikasının çətin günlərində yaralı qəlblərə məlhəm olmuş, kiçicik qəlbi ilə mənəvi bir sədd yaratmışdır.
Sizlərə bəhs edəcəyimiz qızımız Ayla qızımızdır.
Abdurahmanova Ayla Ruslan qızı 2016 -cı il mayın 7-sində Qəbələdə dünyaya göz açmışdır.
Hazırda Vəndam qəsəbəsi Qarabağ müharibəsi Şəhid Eldəniz Mehdiyev adına orta məktəbin 2A sinifndə təhsil alır. Ayla hələ körpə yaşlarından Vətənpərvər uşaq kimi yaşıdları arasında seçilmişdir. Aylanın çox gözəl intonasiya ilə şeir demə qabiliyyəti onun istedadından xəbər verir.
Aylanın əsl Azərbaycan qızı kimi mənəvi duruşu isə II Qarabağ müharibəsi zamanı özünü göstərir. Uşaq olmasına baxmayaraq müharibədən və şəhidlərdən xəbəri olan Ayla valideynlərinə deyir ki, mən hər zaman şəhidlərimizin adlarını yaşadacam, onları unutmağa imkan verməyəcəm. Kiçik qəlbi ilə bunu necə edəcəyini çox gözəl bilirdi. İstedadından istifadə etməklə keçirilə n tədbirlərdə aktiv iştirak edərək qəlboxşayan, yaralara məlhəm olan şeirlər söyləməyə başlayır.
Beləliklə Ayla Şəhid tədbirlərinə gedərək onların xatirələrinə şeirlər söyləyir. Ayla qısa bir vaxtda bütün şəhid ailələrinin sevimlisinə çevrilir. Onlar Aylanın 1 dəvətinə onun yaşadığı evə gəlmiş onun 1-ci sinifə qədəm qoymağı münasibətilə xeyir-dua vermişdilər.
Ayla tək Qəbələ ərazisində deyil, hətta işğaldan azad olunmuş Xocavənddə də tədbirlərə qatılmışdır. Bir cox tədbirlərdə şeirlər deyərək Şəhid atalarının, analarının, bacılarının qəlblərinə yol tapmışdır. Aylanı yazarlar və qazilər də çox sevir. Ayla şəhid qardaşları ilə birlikdə Qazi qardaşlarına da şeirlər söyləyir.
Qeyd etmək lazımdır ki, Ayla, eyni zamanda, dərslərində də fəal əlaçı şagirddir. Müəllimləri və sinif yoldaşları tərəfindən çox sevilir.
Sözün əsl mənasında bizim belə şagirdlərə, belə vətənpərvər övladlara, belə Azərbaycan qızlarına ehtiyacımız var. Çətin günlərdən keçməyimizə baxmayaraq qəlbimizi istidən bu özü kiçik, qəlbi böyük qızımıza dərin minnətdarlığımızı bildiririk. Belə övlad yetişdirdiklərinə görə valideynləri qarşısında da baş əyirik.