May 12-də "Davam” Gənclər Hərəkatının "Davamçı ol” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində (BSU) təhsil alan tələbələrlə görüş təşkil olunub.
BSU-dan "TehsilMedia.az"a bildirilib ki, görüş zamanı "Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynova və Ali təhsil müəssisələri üzrə katib Kəmalə Ramazanova gənclərə Hərəkatla bağlı ətraflı məlumat verərək, onların suallarını cavablandırılıblar.
Daha sonra Hərəkatın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.