Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi çərçivəsində noyabrın 27-dən dekabrın 2-dək Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023” keçiriləcək.
Təhsil İnstitutundan "
TehsilMedia.az"a bildirilib ki, qeydiyyat oktyabrın 1-dək davam edəcək.
Festival 15 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.