Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərliyi altında şagirdlərin hazırladığı layihə beynəlxalq olimpiadalarda birincilik qazanıb.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, Landau School məktəbinin 10-cu sinif şagirdləri - Aydan Musayeva və Leyla Məhərrəmovanın “Sənaye tullantı sularıının təmizlənməsi üçün xitozan və nar qabığı əsasında eko-flokulyantın alınması” mövzusunda hazırladığı layihə “The 8th International Invention Innovation Competition in Canada (iCAN 2023)” və “International Research Project Olympiad (IRPrO 2023)” beynəlxalq elmi-layihə olimpiyadalarında qızıl medala layiq görülüblər.