
Müasir Azərbaycan dövlətinin qurucusu, siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi müxtəlif əlamətdar tədbirlərin keçirilməsi ilə müşayiət olunur.
Tehsilmedia.az "Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində təhsil müəssisələrindəki çəkilişlərini davam etdirir. Bu dəfə Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdə "Heydər Əliyev” guşəsi ilə tanışlıq baş tutub. Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən söz açan məktəbin direktoru
Səlim Məmmədov Ulu Öndərin müstəqil Azərbaycanda elmin və təhsilin hamisinə çevrildiyini xatırladıb. Heydər Əliyevin, "sosial-iqtisadi yüksəlişə gedən yol təhsildən keçir" fikirindən sitat gətirən direktor, ümummilli liderin bu istiqamətdə həyata keçirdiyi təhsil islahatlarının qısa müddət ərzində dünyaya səs saldığını vurğulayıb və Azərbaycanda təhsilin dünya standartlarına, inkişaf tendesiyalarına cavab verən hazırki səviyyəyə çatmasında Ulu Öndərin əvəzsiz xidmətlər göstərdiyini bildirib.
Heydər Əliyevin müəllimlərə və şagirdlərə xüsusi diqqət göstərdiyini deyən Səlim Məmmədov, müəllim nüfuzunun yüksəlməsində Ulu Öndərin misilsiz xidmətlər göstərdiyini qeyd edib.
Daha ətraflı hazırladığımız videosujetdə: