Aprelin 28-də Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan "Educare” platformasının adaptasiyası ilə şagirdlərin fiziki və psixososial sağlamlığının qorunması layihəsinin bağlanış mərasimi keçirilib.
TehsilMedia.az xəbər verir ki, layihənin əsas məqsədi "Educare” platformasının adaptasiya edilməsi ilə məktəblərdə sosial, emosional, psixoloji durumun yaxşılaşdırılmasına, uşaq təhükəsizliyinin təmin olunması işində müəllimlərin bilik və bacarıqlarının artırılmasına, bu istiqamətdə pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsinə dəstək olmasıdır.