
Görkəmli şəxsiyyət, dahi sərkərdə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan Təhsili” layihəsi uğurla davam etdirilir.
TehsilMedia.az xəbər verir ki, bu dəfə Sumqayıt şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə "Heydər Əliyəv” guşəsi ilə tanışlıq baş tutub. Heydər Əliyev dövrünün taleyüklü məqamlarına diqqət çəkən məktəbin direktoru Xalid Adıgözəlov Ulu Öndərin elm və təhsil sahəsinə xüsusi diqqət və qayğısından söz açıb.
Direktor bildirib ki, Heydər Əliyev millətin parlaq gələcəyinin elm və təhsilin inkişafı ilə bağlı olduğunu hər zaman dilə gətirib, bu sahənin inkişafını daima vacib məsələ kimi diqqətdə saxlayıb.
X.Adıgözəlov Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində təhsil və elmin inkişaf dinamikasının ən pik nöqtəyə çatdığını qeyd edib.
Daha ətraflı hazırladığımız videosujetdə: