
"TehsilMedia.az"ın "Heydər Əliyev və Azərbaycan Təhsili” layihəsi çərçivəsində Sumqayıt şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə "Heydər Əliyev” guşəsi ilə tanışlıq baş tutub.
Məktəbin direktoru Səadət Məmmədova müdrik siyasətçi, ulu öndər Heydər Əliyevin fəaliyyətində təhsilin rolunu xüsusi olaraq vurğulayıb. O bildirib ki, Ümummili liderin təhsil strategiyası milli mənafelərə söykənərək ölkəmizin davamlı və dayanıqlı inkişafına şərait yaradıb. Təhsil sisteminin inkişafının və genişləndirilməsinin ölkənin bütün sahələrində böyük rolu olduğunu vurğulayan direktor S.Məmmədova, Ulu Öndərin dövlətçiliyin rəmzinə çevrilən dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Daha ətraflı hazırladığımız videosujetdə:
TƏHSİL MEDİA