Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan Təhsili” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində Xırdalan şəhər 2 saylı uşaq bağçasında Heydər Əliyev guşəsi ilə tanışlıq baş tutub. Bağça direktoru Fidan Tağızadə 2023-cü ilin "Heydər Əliyev ili” olmasının əlamətdar hadisə olduğunu qeyd edib. Bildirib ki, Heydər Əliyevin təhsillə bağlı islahatları müasir dövrümüzdə qəbul edilən qərarlara da öz töhfəsini verməkdədir.
F. Tağızadə qeyd edib ki, azərbaycançılığın əsas komponentlərindən biri olan azərbaycan dilli əlifbanın qəbul edilməsi təhsilin inkişafında mühüm hadisə idi.
Daha ətraflı hazırladığımız videosujetdə: