
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafında misilsiz xidmətləri olub. Bu xidmətlərin öyrənilməsində və təbliğ edilməsində Ulu öndərin 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin böyük rolu var.
Bu baxımdan Tehsilmedia.az-ın "Heydər Əliyev və Azərbaycan Təhsili layihəsi” çərçivəsində Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Heydər Əliyev” guşəsi ilə tanışlıq baş tutub. Bağçanın direktoru Gülnarə Paşayeva bildirb ki, Ulu Öndərin həyata keçirdiyi təhsil siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. Ümummili liderin təhsil strategiyasının kökündə savadlı əhalinin inkişafına yönəlmiş strateji addımlar dayanırdı. Ulu Öndər Heydər Əliyev yalnız ümumtəhsil müəssisələrinə deyil, məktəbəqədər təhsil müəssisələrinin də inkişafına xüsusi diqqət göstərmişdir.
Daha ətraflı hazırladığımız videosujetdə: