Sizə möhtəşəm bir forum haqqında məlumat vermək istəyirdik. Buraxılış imtahanları və blok imtahanlarına çox az bir zaman qaldığı vaxtda müəllim və valideynlərə dəstək məqsədilə çox maraqlı və maarifləndirici bir forum təşkil edilir.
Təşkilatçı – World Karyera və Peşə Mərkəzi
Son zamanlar imtahan yükünün ağırlığı və imtahanın yeniyetmələrin psixoloji vəziyyətində səbəb olduğu neqativ duyğuları nəzərə alaraq növbəti forumu təşkil edirik. Forumda İmtahan zamanı həyəcana qapılmamaq üçün imtahana hazırlıq dövrü və bu zaman tətbiq olunan metodlar , düzgün dərs çalışmaq və yadda saxlama praktikaları müzakirə olunacaqdır. Eyni zamanda forum iştirakçılarına yerli və türkiyəli təlimçilər tərəfindən imtahana hazırlaşarkən vaxtın düzgün bölünməsi, psixoloji və fiziki sağlamlığın peşəkar izlənməsi sirrləri də veriləcəkdir.
Rəsmi Tərəfdaş – Dövlət İmtahan MərkəziForum 18 Fevral tarixində Nizami Kino Mərkəzində 10:30 da başlayacaqdır.
İmtahan qabağı həyəcanın peşəkar səviyyədə idarəolunmasına və psixolojik olaraq imtahana düzgün hazırlıq üsullarının abituriyent və valideynlərə ətraflı şəkildə izah olunmasını hədəfləyən “StresSİZsiniz” adlı forumda iştirak etməyə hər birinizi dəvət edirik.
Forumda iştirak haqqı – 25azn
Ödənişə daxildir:-Sertifikat
-Kofe fasiləsi