Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Masazır kənd 3 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev mərkəzində "Azərbaycan sənsən mənim ülviyyətim, şan-şöhrətim” adlı tədbir keçirilib.
Tehsilmedia.az xəbər verir ki, tədbirdə Abşeron rayon icra hakimiyyətinin müavini
Gülnar Rəhimova, Abşeron-Xızı-regional təhsil idarəsinin sektor müdiri
Rahim Novruzov, aparıcı
Hacı Nuran, təhsil idarəsinin tabeliyində olan təhsil müəssələrinin nümayəndələri, şəhid və qazi ailələri iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Açılış nitqi ilə çıxış edən Gülnar Rəhimova bildirib ki, Heydə Əliyevin hakimiyyəti illərində bütün sahələrə o cümlədən, elm və təhsilə diqqət və qayğı artırıldı. G. Rəhimovanın sözlərinə əsasən, Azərbaycan tərəqqisinin yeganə yolu məhz xalqın yüksək səviyyədə təhsil almasında və maariflənməsindədir.
Abşeron-Xızı regional təhsil idarəsinin sektor müdiri Rahim Novruzov qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, hərbi kadrların yetişdirilməsi gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır.
Masazır 3 nömrəli tam orta məktəbin direktoru Xəyalə Mustafeyava çıxış edərək tədbirin ideya müəllifi, məktəbin müəllimi Mətanət Hacıyevaya təşəkkürünü bildirib. O, Ulu Öndərin həyat yolundan bəhs edib və onun Azərbaycan xalqının qurucusu, memarı olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirin ideya müəllifi çıxış edərək belə möhtəşəm tədbirin təşkil olunmasından məmnunluğunu ifadə edib.
Sonra isə məktəbin şagirdləri tərəfindən əbədi-bədii kompozisiya nümayiş olunub.