Həkim Şəhriyar Fətullayev 1987 ci ildə doğulub.
TehsilMedia.az xəbər verir ki, o tibbin Ortopediya ve Travmatalogiya sahəsi üzrə ixtisaslaşıb. Azərbaycan Tibb Universitetindən məzun olduqdan sonra Türkiyə Respublikası Ankara Universitetinin Tibb fakültəsində və İbn Sina xəstəxanasının Ortopediya ve Travmatalogiya bölməsinin Əl cərrahiyyəsi kafedrasında 5 il uzmanlıq təhsili alıb. O bir çox yerli ve beynəlxalq kurslara qatılıb.
Pandemiya ilə mübarizə dövründə dövlət səhiyyə müəssisələrinin planlanması, xidmətin təşkili,risklərin idarə olunmasında aktiv iştirak edib.
Vətən müharibəsi zamanı (İkinci Qarabag müharibəsi)yaralılara tibbi xidmətin planlanması ve təşkili üçün TƏBİB nəzdində yaradılmış Koordinasiya Mərkəzinin rəhbəri olub.
Fəaliyyətinə görə Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən Fəxri Fərmanla təltif edilib. Hal hazırda “LivBonaDea Hospital” da həkimlik fəaliyyətini davam etdirir.
Elmi dissertasiyası:
Yuxarı aşağı ətraf qoruyucu cərrahiyyənin prinsipleri əsasında “Sərbəst damarlı fibula grefti ile biyolojik rekonstrüksiyon” sonrasında sümük sağalma müddətinin müqayisəli qiymətləndirilməsi.
İctimai fəaliyyəti.
Hərbi Cərrahlar İctimai Birliyinin Baş katibi.(2019 cu ilden indiyə kimi)
İNTERNATİONAL SOCIETY OF SURGERY (İSS/SIC)Üzvüdür.
Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi -TƏBİB , İdare Heyəti Sədrinin Müşaviri.(2020-2021)
Təltiflər
Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfinden Fəxri Fərman.
Azerbaycan Respublikası Təhsil Naziri tərəfindən Təşəkkürnamə.
TƏBİB sədri tərəfinden Fəxri Fərman.
Səhiyyə idarəçiliyinde qazandığı təcrübələr.
Səhiyyədə Sistem mühəndisliyi.
Səhiyyədə risk menecmentliyi
Təşkilat strukturlarının müqayisəli təhlili-matriks orqanoqramın tətbiqi.
Səhiyyə sisteminin transformasiyası.
Xəsarət Konrtollu Cərrahiyyənin menecmentliyi
İcra etdiyi əməliyyatlar
Atroskopik Əməliyyatlar.Çiyin,Dirsək,Əl Bilek,Diz,Aşıq Baldır,Oynaqlarda qapalı endoskopik əməliyyatlar,
Oynaqların endoprotezleşmesi
Ortopedik Onkologiya İnfektiv cərrahi xəstəlikleri.
Əl Cərrahiyəsi
Travmalar
Deformasiya Cərrahiyesi
Pediatrik Ortopediya.