Son bir neçə gündə elm və kosmos aləmində heyrətamiz hadisə baş verib. Alimlər kosmosda bu günə qədər baş verən ən böyük partlayışı kəşf etdiklərini açıqlayıblar.
TehsilMedia.az xəbər verir ki, "AT2021lwx” adlı hadisənin Yer palnetindən düz 8 milyard il uzaqlıqda olduğu və 3 ildir davam etdiyi bildirilir.
Sözügedən partlayışın məşhur supernova partlayışlarından ən azı 10 qat daha şiddətli olduğu bildirilir.
Qabaqcıl teleskop şəbəkələri tərəfindən izlənməyə davam edən AT2021lwx partlayışı üçün hələ razılaşdırılmış səbəb yoxdur.
Sauthempton Universitetində bu məsələ üzərində çalışan astronomlar hesab edirlər ki, hazırkı hadisə superkütləvi qara dəliyin şiddətlə təhrif etdiyi nəhəng qaz buludu nəticəsində yaranıb.
Ülkər Abdurahmanlı