Kimyəvi tərkibli heç bir dəriyə qulluq vasitəsi hamıya eyni təsir göstərmir. Təbii üsullarla dəriyə qulluq hər gün daha çox populyarlaşır. Yayda ən çox təsirləndiyimiz təbii elementlər dəniz suyu və günəşdir.
“
TƏHSİL MEDİA” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tətil mövsümündə dənizə üz tutan bir çox insanın ağlına eyni sual gəlir. Dəri duzlu suya məruz qalanda nə olur? Duzlu su faydalıdır, yoxsa zərərli?
Dəriyə qulluq vasitələrində "dəniz suyu" ifadəsinə tez-tez rast gəlinir. Dəriniz qurudursa, dəniz suyu dərini nəmliyini bərpa etməyə təşviq edir. O, həmçinin ölü hüceyrələrdən xilas olmağa kömək edir.
Hamar bir dəriyə sahib olmaq xəyalınızdırsa, dəniz suyu sizi üçündür. Dəniz duzunda olan maqnezium hidrat daha hamar və parlaq dərinin açarıdır. Həssas və sızanaqlara meylli dəriniz varsa, dəniz suyu yenidən köməyinizə gəlir. İltihablı bölgələri sağaltmaqda və sızanaqları qurutmaqda çox təsirlidir.
Həmçinin, duzlu su soyuqdəymə və qrip zamanı ağciyərlərdə və sinuslarda selik əmələ gətirir. Duzlu suyun yuxusuzluğa da yaxşı təsir etdiyi məlumdur.