Heydər Əliyevin 100 illik yubileyi münasibətilə boşnak tarixçi Admir Lisitsa Ümumilli lider haqqında kitab yazıb.
"TehsilMedia.az" ın məlumatına görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb.
Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub.
Səfirlik dekabrın 13-də Universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.