Litvanın paytaxtı Vilnüsdə V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsi keçirilib.
TehsilMedia.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrini təmsil edən ifaçıların iştirakı ilə üç gün davam edən müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün uğurlu olub.
Akademiyanın 4-cü kurs tələbəsi Nəriman Məsimov (fortepiano) və Bülbül adına orta ixtisas məktəbinin şagirdi Əli Vəliyev müsabiqənin ən yüksək mükafatına - Qran-Priyə layiq görülüblər. Müsabiqədə Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi İlqarə Talıbova l yeri (fortepiano), 2-ci kurs tələbələri Fidan Muxtarova və Nurel Kərimova ll yeri (fortepiano), 4-cü kurs tələbəsi Fatimə Hacızadə isə (fortepiano) lll yeri qazanıblar.
Qeyd edək ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva müsabiqənin münsiflər heyətində təmsil olunub. Məhz onun yüksək peşəkarlıqla apardığı fəaliyyətin nəticəsi olaraq Azərbaycanın gənc musiqiçiləri ölkəmizə uğur qazandırıblar.
Müsabiqənin sonuncu günü qala konsertdə N.Quliyevanın tələbəsi Nəriman Məsimov Tofiq Quliyevin “Qaytağı” əsərini yüksək peşəkarlıqla ifa edib.