Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.
Teatrdan
"TehsilMedia.az" a bildiriblər ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi - simfonik orkestri, xor və solistlər, respublikanın Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə, sözləri Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə, musiqisi Azad Zahidə məxsus “Qalib Sərkərdə” adlı musiqili layihəni təqdim ediblər.
Layihədə Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fatimə Cəfərzadə, Atəş Qarayev, Mahir Tağızadə yer alıblar.