Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
DİM-dən
"TehsilMedia.az" a bildirilib ki, təlimlərin 13–16 noyabr 2023-cü il tarixlərində Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında təşkil olunması nəzərdə tutulub.
Mil-Muğan iqtisadi rayonu üzrə ilk təlimlər 13 noyabr tarixində Beyləqan Gənclər Mərkəzində “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında, İmişlidə ASAN Xidmət Mərkəzinin inzibatı binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında, həmçinin Saatlıda “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təşkil olunub. Təlimlərdə dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələri iştirak ediblər.
Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.