Almaniyanın Köln şəhərində “The Sound of Azerbaijan” (“Azərbaycanın səsi”) adlı konsert proqramı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan konsertdə Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov, tanınmış müsiqiçi Anna Qold, İtaliyada yaşayan vokalçı Çinarə Şirin və pianoçu Səbinə Məmmədova çıxış ediblər.
Konsert öncəsi tədbir iştirakçılarına müraciət edən Seyran İsmayılxanov Almaniyada yaşayan Azərbaycan vətəndaşlarını 7 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərində fəal iştiraka və ölkəmizin taleyi baxımından düzgün seçim etməyə çağırıb. Bildirib ki, özü xalqımıza inanılmaz qələbə sevinci yaşatmış, ölkəmizi işğalçılardan və separatizmdən birdəfəlik xilas edən Liderin namizədliyini dəstəkləyir.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunub. Tamaşaçılar sənətçilərin ifasını alqışlarla qarşılayıblar.