İkinci "Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova məzunu olduğu 275 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, Nərgiz İsmayılova təhsil aldığı illərdə və peşəkar fəaliyyətində qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı fikirlərini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Görüş Elm və Təhsil Nazirliyinin dəstəyi və "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.