Birinci "Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov məzunu olduğu Biləsuvar şəhəri, Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, Saməddin Abbasov təhsil aldığı illərdə və peşəkar fəaliyyətində qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Görüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.