Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 İyun - Milli Qurtuluş Gün ilə əlaqədar olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzi könüllülərinin təşkilatçılığı ilə “Heydər Əliyev - qurtuluşdan inkişafa” adlı elmi məqalə müsabiqəsi həyata keçirilib.
TehsilMedia.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, “525” qəzetinin redaktoru Qoşqar Bəylərov tərəfindən məqalələr yoxlanılıb və qaliblər müəyyən edilib.
I yeri Mingəçevir regional “ASAN xidmət” mərkəzi könüllüsü Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının magistrantı Əlirza Abdullayev, II yeri Şəki regional “ASAN xidmət” mərkəzi könüllüsü Seymur Cabbarlı və III yeri Bərdə regional “ASAN xidmət” mərkəzi könüllüsü Aydın İslamzadə əldə edib.
Sonda isə könüllülərə sertifikatlar və hədiyyələr təqdim edilib. Bununla yanaşı qalib olan könüllülərin məqalələri “525” qəzetində və saytında nəşr ediləcək.