"Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinə təqdim olunacaq layihə sənədlərinin (layihə təklifi forması, CV forması, iştirak sənədləri) qəbulu sentyabrın 15-dək musabige@edu.gov.az elektron poçtu vasitəsilə aparılacaq.
Müsabiqə barədə ətraflı məlumatla Elm və Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 9-dan Elm və Təhsil Nazirliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsini elan edib.