Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Zəfər yolu” mövzusunda inşa müsabiqəsinə start verilib.
İdarədən "
TehsilMedia.az"a verilən məlumata görə, VIII-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 2 mərhələdə (məktəb və regional) təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd 8 noyabr Zəfər Gününün əhəmiyyətinin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək, həmçinin, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırmaqdır.