Bakı Slavyan Universitetində (BSU) "İnklüzivliyə aparan təhsil” layihə müsabiqəsi çərçivəsində növbəti məşğələlər keçirilib.
TehsilMedia.az xəbər verir ki, müsabiqə iştirakçıları 11, 14 və 17 aprel 2023-ci il tarixlərində 6-18 yaş arası uşaqlar üçün III inklüziv otaqda (I- Yaradıcılıq emalatxanası, II-Playboom, III-Pozitiv düşüncə) müxtəlif inkişafetdirici məşğələlərdə iştirak ediblər.
Otaqlarda inklüziv qrupdan ibarət uşaqlar əl işləri hazırlayıb, həmçinin, onlar üçün müxtəlif inkişafetdirici məşğələlələr və əyləncəli oyunlar təşkil olunub.