"Məktəblinin dostu" layihəsi çərçivəsində Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə Mikayıl Müşfiqin anım gününə həsr olunmuş "Bədii qiraət" müsabiqəsi keçirilib.
TehsilMedia.az xəbər verir ki, müsabiqədə Bakı şəhəri üzrə 5 , 9, 12 , 14 , 18, 45, 47, 83, 102, 284 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
İştirakçıların ifaları münsiflər heyəti - bədii qiraətçi, şair Xəzər Süleymanlı, Əməkdar artist Şövqi Hüseynov tərəfindən qiymətləndirilib.
1-ci yerə 12 nömrəli tam orta məktəbin 9D sinif şagirdi Həsənov Mehdi, 2-ci yerə 45 nömrəli tam orta məktəbin 10B sinif şagirdi Nəcəfova Türkan, 3-cü yerə 18 nömrəli tam orta məktəbin 8B sinif şagirdi Məmmədzadə Musa layiq görülüb.
Sonda qalib və iştirakçılara hədiyyə və sertifikatlar təqdim olunub.