"Yüksəliş” müsabiqəsi "Kompetensiyalar əsasında müsahibə” adlı təlim keçirib.
TehsilMedia.az xəbər verir ki, təlim dövlət və özəl şirkətlərin nümayəndələrinə müsahibənin prinsipləri və kökündə duran meyarları barədə məlumat əldə etmək, həmçinin kompetensiyalar əsasında strukturlaşdırılmış müsahibənin aparılması üçün texnikaları mənimsəməyə imkan yaratmaq məqsədi daşıyıb. "Kompetensiyalar əsasında müsahibə” "Yüksəliş” müsabiqəsi tərəfindən dəvət olunan təcrübəli xarici təlimçilər tərəfindən keçirilir. Təlimdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti, SOCAR, "Paşa Holdinq", "Kapital Bank" və bir neçə şirkətin nümayəndələri iştirak ediblər.
"Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
TƏHSİL MEDİA