Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Belə müəllimlərdən biri də ingilis dili müəllimi
Aysel Əmirovadır.
O
TehsilMedia.az-ın sullarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-Aysel xanım istərdik ki, özünüz barədə oxuculara məlumat verəsiniz.1992-ci ildə dünyaya gəlmişəm. İki ali təhsilim var.İngilis dili müəllimiyəm və hazırda müəllim kimi fəaliyyət göstərirəm. İlk təhsilimi Azərbaycan Dövlət Pedoqoji Universitetinin İngilis dili fakültəsində almışam. İkinci ali təhsil olaraq isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirmişəm. Magistr təhsilimdə var. 2013-2017-ci illərdə 100 nömrəli orta məktəbdə müəllim olaraq fəaliyyət göstərmişəm. Daha sonra “Meridian”, “Hədəf”, “Celt College” kurslarında və hazırda “BFC Academy” kursunda fəaliyyət göstərirəm.
-Aysel xanım fəaliyyətinizdə hansı yenilikləri etmək istəyərdiniz?Fəaliyyətimdə fərqliliklər etməyi sevirəm. Daha çox tələbələrlə işləməkdən zövq alıram. Hazırlıq keçdiyim tələbələrin ingilis dili səviyyəsini daha yüksək səviyyəyə gətirmək üçün mütəmadi olaraq “Listening”lər təşkil edirəm. Onları dərsə olan maraqlarını daha da artırmaq üçün quizlər hazırlayıram.
- Bəzən gənc müəlimlər tələbələri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Bəs siz gənc müəllim olaraq hansı pedoqoji metodlardan istifadə edirsiniz?Tələbələri dərs prosesinə cəlb etmək üçün daima yeniliklər etməyə səy göstərirəm. Bu işimə və peşəmə olan sevgimdən irəli gəlir. Hər tələbəyə uyğun dərs metodlarından istifadə edirəm. Kiçik yaşlı qruplara dərsi maraqlı oyunlar vasitəsilə öyrətməyə çalışıram. Həm böyük qruplarla həm də kiçik qruplarla bərabər ingilis dilində olan filmləri izləyib analiz edirik.
- İnkişaf etdirmək üçün hər zaman inkişafda olmaq lazımdır. Bəs siz müəllimin inkişafını nədə görürsünüz?İnkişafı əsasən təhsildə, elmdə görürəm. İnsan biliyi daima oxuyaraq, təhsillə bağlı yenillikləri izləyərək öyrənə bilər. Ən əsası isə müəllimlik peşəsini severək icra etməkdir. Hər kəs müəllim ola bilər. Amma müəllim tədris etdiyi fənni şagirdinə, tələbəsinə sevdirməlidir. Bu çox vacib nüanslardan biridir.
-Müəllim həmkarlarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?Bu peşəni həqiqətən sevən və tədris etdikləri fənn barədə bilikləri tələbələrinə aşılayan insanlar müəllimlik vəzifəsini layiqincə icra edə bilərlər.Müəllimlər də daima öz üzərlərində çalışmalı və yeni biliklər öyrənməyə can atmalıdır.
Ölkəmizdə öz sahəsində uğurlu, bacarıqlı, savadlı gənclər kifayət qədərdir. Mən də çalışıram ki, vətənimizə, xalqımıza faydalı bir vətəndaş və həmçinin müəllim kimi fəaliyyət göstərim.