Hörmətli izləyicilər, bu gün sizlərə illərini təhsilə həsr etmiş, şagirdlərinin sevimlisi Sonaxanım Mehdiyeva ilə tanış etmək istəyirik. İllərin təcrübəsi, ixtisasına və peşəsinə olan dərin sevgisi onun iş həyatında daha da yüksəlməsinə və böyük uğurlarına təkan vermişdir. İşini öz haqqı ilə yerinə yetirən və əlindən gələnin qat- qat artığını edən Sonaxanım müəllim kimi peşəkar müəllimlərimizin qarşısında baş əyirik. Sonaxanım müəllim 153 nömrəli Yasamal rayonu tam orta məktəbdə "Kimya- Biologiya" ixtisası üzrə fəaliyyət göstərir.
İndi isə Sonaxanım Mehdiyeva ilə həyata keçirdiyimiz müsahibəni sizlərə təqdim edirik.
Sonaxanım müəllim, xoş gördük sizi. Əvvəlcə istəyirdik ki, oxucularımız üçün özünüzü təqdim edəsiniz.
Mən Sonaxanıım Mehdiyeva Yasamal rayonu 153 nömrəli tam orta məktəbdə çalışıram. 35 illik iş təcrübəm vardır. "Kimya- biologiya" ixtisası üzrə fəaliyyət göstərirəm.
Bu ixtisas çox çətin ixtisasdır, hətta müəllimlərin bir az çəkindiyi ixtisasdır. Bəs siz ixtisasınızı sevərək seçmisiniz, yoxsa seçib sonra sevmisiniz? - İxtisasımı sevərək seçmişəm. Hər zaman da sevərək tədris edirəm. Təhsildə hansı uğurlarınız mövcuddur?-Uğurlarım,mənim tələbələrimdir! 1989 -ci ildən müəllim kimi fəaliyyət göstərirəm, bu müddətdə təhsil verdiyim tələbələrimin uğurları məni daima fərəhləndirir və təkmilləşməyə stimul verir. Bu sevgi və motivasiya ilə hər zaman öz üzərimdə işləyir bütün yeniliklərlə maraqlanır və ixtisasımı hər zaman artırıram.Bəs bu peşədə çalışarkən hansı çətinliklərlə qarşılaşmısınız?- Bəli, təbii ki, çətinliklər olub, amma onlardan qorxmamaga çalışmışam və öhtəsindən gəlmişəm. İşinə olan sevgi çox böyük rol oynayır. İnsanda qeyri- adi güc formalaşdırır. Bununla da hər zaman çətinlikləri dəf etmişəm. Müəllimlik peyğəmbərlik sənətidir. Siz bu ifadəyə necə münasibət göstərirsiniz?-Bizim Muqəddəs kitabımızda- Quranda- bu kəlamlara rast gəlinir! Məncə , çox dəqiq və sözün əsl mənasıdır! Çünki müəllim nəinki təhsildə şagirdlər üçün fasilitator rolunu oynayır, həm də onların bir şəxsiyyət kimi , ruhən dürüst, nizam- intizamlı , vətən sevgisiylə dolu olan bir insan kimi formalaşması üçün də çalışmalıdır! Peyğəmbərlik ,insanda sevgi, məhəbbət, mərhəmət kimi insani xüsusiyyətləri tərbiyənləndirmək deməkdir! Biz də - müəllimlər , bu ideyanı həyata keçirməyə calışmalıyıq və edirikə!Sonaxanım müəllim, bəs təhsil sistemində baş verən dəyişikliyə münasibətiniz necədir?-Müxtəlif. Verilən qərarlardan asılı olaraq bəzi addımları dəstəkləsəm də, bəzi addımlar məni bir az düşündürür.Təhsilin insan həyatındakı rolu nədən ibarətdir?
-Təhsil insanı bir şəxsiyyət olaraq formalaşdırmağa kömək edir, onun həyatda, peşə seçimində yol göstərir, onun gizli potensialını üzə çıxarır, fitri istedadlı tələbələri dünya arenasına yönəltməyə imkan verir! Önəmli olan şagirdlərin hər hansı ali təhsil alması deyil, bir şəxsiyyət kimi özlərini formalaşdırması və hər daim cəmiyyət içində özlərini idarə etməsidir. Bu gün biz müəllimlər bunun üçün əlimizdən gələni edirik. Müəllim, bilirsiniz ki, təhsil sisteminin dəyişməsi ilə dərsliklər də öz növbəsində dəyişdilər. Bəs siz necə...Dərsliklərdən razısınızmı?- QismənTəhsil sistemində dəyişiklik etmək istəsəydiniz nəyi dəyişərdiniz?-Çox şeyi! Ən başlıcası, Təhsil haqqında baxışları və onun insan üçün rolunu insanlara düzgün formada təhlil edib, çatdırmaq!Müəllim, İşlədiyiniz müddətdə sizə xoş təsir edən ya da maraqlı hansı xatirəniz varmı?
- Şagirdlərimin mənə qarşı sevgisi, inamları! Onlar məni özlərinə bir dost olaraq qəbul etmələri! Ən əsası məktəbi bitirib getmələrinə baxmayaraq, daima mənimlə
əlaqələrini kəsməmələri mənimçün çox məna kəsb edir! Demək mən onların həyatında müəyyən bir missiyamı yerinə yetirmişəm. Demək ki, onların həyatına toxunmağı və gözəlləşdirməyi bacarmışam.
Sizin kimi illərini təhsilə həsr etmiş və uğurları bitib- tükənməz müəllimləri tanımaq bizim üçün böyük qürurdur. Bəzən baş verən hadisələr müəllimlər haqqında yanlış fikirlərin yaranmasına səbəb olur. Halbuki sizin kimi təhsilə könüı vermiş qayğıkeş, mərhəmətli və bütün müəllimlik xüsusiyyətlərini üzərində daşıyan müəllimləri tanımaq və tanıtmaq bizim üçün qürurvericidir. Son olaraq sizi izləyənlərə, gənclərə nə tövsiyyə edərsiniz? - Mən də sizinlə həmsöhbət olmağa çox şad oldum. Dəyərli düüşüncələriniz üçün təşəkkür edirəm. Son olaraq bildirmək istəyirəm ki, Həyatda düzgün ,dürüst olaraq yaşamaq! Seçim edərkən, hər hansı sahədə Ürəyinizi dinləyin!!! Ətrafınızda olan insanlara hörmətlə yanaşın , mərhəməli olun və sevgi bəsləyin!Sizin kimi incə, məsuliyyətli, qayğıkeş bir xanıma yaraşan sözlər....
Çox sağolun ki sizin kimi müəllimlərimiz var. Övladlarımıza rahatlıqla əmanət edəcəyimiz müəllimlər. Var olun, dəyərli insan, gözəl müəllim. Qarşınızda baş əyirik.