"Bu gün ölkəmizdə elmin inkişafında geriləmənin əsas səbəbi beynəlxalq əlaqələrimizin, xüsusilə elmin müxtəlif sahələrində çalışan alimlərin birgə təqdiqatlarının olmamasıdır".
Bunu Azərbaycan Memarlıq və İnşaat Universiteti, İstanbul Texniki Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfransında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, Misir Mərdanov deyib.
"Elmin inkişaf etməsi üçün beynəlxalq əlaqələrin böyük rolu var. Bu gün ölkəmizdə elmin inkişafında geriləmənin əsas səbəbi beynəlxalq əlaqələrimizin, xüsusilə elmin müxtəlif sahələrində çalışan alimlərin birgə təqdiqatlarının olmamasıdır. Bu səbəbdən gənclərimizə tövsiyəm odur ki, xarici dil biliklərini artırsınlar. Eləcə də, riyaziyyat elmlərin açarıdır. Bu sahəni bilmədən həyatda hər hansısa bir addım atmaq çətindir".