"Zəngəzur dəhlizinin açılması, Hindistanda "G20" zirvəsində imzalanmış Asiya-Avropa xəttindən daha da yaxın və rentabellidir. Türkiyə prosesi uğurla aparmaqla, Tehranın razılığının alınması istiqamətində müsbət irəliləyişlər olduğunu qeyd edir".
Bu fikirləri "
TehsilMedia.az"a açıqlamasında politoloq
Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, İğdır-Naxçıvan dəmiryolu Zəngəzur dəhlizinin əsas seqmentidir: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və prezident İlham Əliyevlə birgə İgdır-Naxçıvan qaz kəmərinin təməlini qoymasi, həmçinin İgdır-Naxçıvan dəmir yolunun çəkilməsi ilə bağlı protokolun imzalanması "Zəngəzur" dəhlizinin əsas seqmentidir. Məhz İğdır -Naxçıvan dəmiryolu Zəngəzur dəhlizinin bir hissəsi olaraq Çindən və Mərkəzi Asiyadan gələn yüklərin daşınmasını təmin edəcək. Zəngəzur dəhlizinin açılması, Hindistanda "G20" zirvəsində imzalanmış Asiya-Avropa xəttindən daha da yaxın və rentabellidir. Türkiyə prosesi uğurla aparmaqla, Tehranın razılığının alınması istiqamətində müsbət irəliləyişlər olduğunu qeyd edir".
Politoloqun sözlərinə görə, region yenidən şəkillənir: "Azərbaycanın anti-terror əməliyyatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına müsbət təsir edəcək. Demək olar ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına razı olacaq. Amma, bu dəhlizin yuridiskiyasinın Rusiyanın deyil, öz nəzarətində olmasında israrlıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra dərhal Zəngəzur dəhlizinin açılması reallaşacaq. İki ölkə arasında sülh müqaviləsinin bağlanması isə, Paşinyan hakimiyyətini qoruyub saxlayacağı təqdirdə, gələn ilin yayına kimi mümkündür".