"Azərbaycan insanı elmə yox, yeməyə pul xərcləyir. Ona görə də biz elmdən, təhsildən qısa müddətdə ciddi nəticə gözləyə bilmərik".Bu fikirləri "
TehsilMedia.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov səsləndirib. o bildirib ki, 2023-ci ilin sentyabr ayında əhali kafe və restoranlara 170 milyon manat pul xərcləyib: "Bəs Dövlət büdcəsindən 2023-cü ilə nə qədər vəsait ayrılıb? 230 milyon manat. Yəni bizim insanlar ay yarıma "elmimizi yeyib qurtarır". Bəs təhsilə nə qədər pul ödəyirik? Universitetlərin maliyyə hesabatlarını tapa bilmirəm. Yalnız BDU şəffaf şəkildə maliyyə hesabatlarını ictimaiyyətə açıb. Məlum olub ki, ölkəmizin 1 nömrəli Universitetinə ödədiyimiz təhsil haqqı 58 milyon manatdır. Yəni bizim camaat yarım aya Universiteti yeyir".

Ekspert daha sonra fikirlərini belə davam etdirib: "Bəs strateji kənd təsərrüfatından gəlirimiz nə qədərdir? Misal üçün, 2022-ci ildə Azərbaycanın tərəvəz ixracından əldə etdiyi rəqəm 183 milyon manatdır. Amma əvəzində xarici ölkələrdə təhsil almağa, istirahətə, müalicə üçün gedənlərə il ərzində ödədiyimiz vəsait 300 milyon manatdan çoxdur. Bizim insanlarımıza 5 manat kitab bahadır, amma 50 manata restoranda şot vermək normaldır. Uşağın təhsilinə 100 manat pul vermirik, amma 100 manat falçılara veririk".
Müşviq Tofiqoğlu,
TƏHSİL MEDİA