"Müəllimlərin əmək haqqı təbii ki, müvafiq olaraq sertifikasiya imtahanı əsasında əldə etdikləri nəticədən asılı olaraq 50 bala qədər 10 faiz, 51 baldan daha yuxarı nəticə göstərənlərdə isə 35 faiz civarında artım olur".
TehsilMedia.az xəbər verir ki, Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bunu təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olması ilə bağlı deyib.
O əlavə etdi ki, yuxarıdakı 10 faiz nəzərə alınaraq tam ştat olan müəllimlər 800 manat maaş alacaq:
"35 faiz artım isə təxminən 1200 - 1300 manat həddinə qədər çatacaq. Təbii ki, burada dövlət başçısının müvafiq sərəncamı əsasında qarşıdakı dövr ərzində ümumi əmək haqlarının artımı ilə bağlı göstəriş verilərsə, bu təkcə sertifikasiya imtahanında nəticə əldə edən və yaxud da əldə edə bilməyən bütün hər kəsi əhatə edir".