"Müəllimlərdən fərqli olaraq psixoloqlara vahid tariflə əməkhaqqı ödənilir".
TehsilMedia.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirilib ki, ona görə fərqlər mövcuddur:
"Bunun növbəti dövrlərdə aradan qaldırılması nəzərdə tutulur".
Nazir müavini təhsil müəssisələrində psixoloqların sayının Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olduğunu qeyd edib.