Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!

Müsahibə

14-02-2024, 10:05

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!


"Təhsilmedia.az" saytı olaraq "Qabaqcıl müəllimləri tanıyaq və tanıdaq" rubrikası ilə öz işinin peşəkarı müəllimləri tanıtmaq və onlardan təkliflər, tövsiyələr almağı qarşımıza məqsəd qoymuşuq. Bizim bu günkü qonağımız Əsədova Səbinə Baxış qızıdır. Səbinə xanım Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

Səbinə xanım, daima sinfinizin məktəbdə ad qoymasını qarşınıza məqsəd qoyduğunuzu deyirsiniz. Bunun üçün hansı addımları atmısınız?

- Necə ki valideyn qayğsının, enerjisinin, bütün sevgisinin pik nöqtəsini ilk övladında yaşayar. Bu sinif də mənim ilk övladım kimidir. Bütün müsbət yeniliklərin hamısını onlarla yaşamağa, imkan daxilində onların da müasir dövrdə zamanın gerisində qalmaması üçün əlimdən gələni etməyə çalışdığımı düşünürəm. Sözsüz ki, bunları edərkən onlara verdiyim sevgi-səmimiyyət qədər də nizam- intizamı tələb edirəm. Dərslərinin fəallıq dinamikasını mütəmadi izləyirəm. Ənənələrimizə sadiq omağımıza baxmayaraq gələcək üçün uyğun olmayan dövrünün gerisində qalan şablonlardan da qurtulmağı onlara aşılayıram. Dünyəvi bir dövlətdə nümunəvi vətəndaş kimi yetişmələri üçün doğrunu yanlışdan ayırd edə bilsinlər, humanist bir cəmiyyətin nümunəvi fərdi kimi yetişsinlər deyə pedaqoji- ustalığımı və psixoloji yanaşmamı düşünülmüş şəkildə tətbiq edirəm.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!


Sizcə, əsl müəllim necə olmalıdır?


-Əsl müəllim hər şeydən əvvəl empatiya duyğusu güclü olan bir insan olmalı, psixoloji olaraq üstün mühakimə qabiliyyətinə malik olmalıdır. Qarşısındakı şagirdə mövqe baxımından yuxarıdan aşağı baxmamalıdır. Onu möhtacı kimi görməməlidir. Hamımız bilirik ki, texnologiya əsrində öyrədən mənbə çoxdur. Öyrənməyi qarşısına məqsəd qoyan şagird rahatlıqla o mənbələrdən yararlanaraq özünə yol tuta bilər. Göründüyü kimi, müəllimin öyrətmək funksiyasından çox şagirdi həyata hazırlamaq istiqamətindəki valideynə dəstəkçi rolu daha ön plandadır. Ona görə də müəllim- valideyn əməkdaşlığı düzgün qurulmalıdır. Yəni bulağın suyu başdan duru saxlanmalıdır ki, şagirdin evində müəlliminə qarşı aqressiv yanaşma sərgilənməsin. Çox vaxt peşə biliyimiz elmi savadlılığımız o aqressiyaya qalib gəlməkdə aciz qala bilir.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!


Təhsildəki yenilikləri necə qiymətləndirirsiniz?



-Müsbət qiymətləndirirəm. Onu da deyə bilərəm ki, hər yenilik müsbət nəticə ala bilmir. Ola bilər yaxşı nəticə almaq üçün uzun müddət tələb olunsun, lakin danılmazdır ki, aradakı həmin zaman kəsiyində olan təhsil təcrübəyə bərabər tutulur və əksər vaxt planlanmış nailiyyətlə nəticələnmir. Bu səbəbdən tez- tez dəyişikliklər edilməsindən yana deyiləm. Dəyişikliklər, yeniliklər mərhələli şəkildə və uzunsürəli bir müddətə sığdırılmalıdır.

Müəllim - valideyn münasibətlərini necə tənzimləyirsiniz?


-Yuxarıda da qeyd etdiyim kimi, ən həssas olduğum məsələ budur. Müəllimliklə yanaşı, mən həm də bir valideynəm. Yəni o toplumun üzvü kimi özümə necə davranılmasını gözləyirəmsə, valideynlərlə o prizmadan əməkdaşlıq edirəm. Mövqeyindən, təhsilindən, sosial statusundan asıli olmayaraq onların hər biri mənə görə bir şəxsiyyətdir. Onlarla münasibətdə hər zaman ünsiyyətimi qarşılıqlı müzakirə yönündə qurmağa çalışıram. Həmişə “övladlarınıza belə tərbiyə verin, bunu öyrədin, onu qadağan edin” kimi ifadələrdən qaçınıram. Mən onlara tərbiyə öyrədən şəxs deyiləm. Qarşımdakılar da azyaşlı şagirdlər deyil ki, mənəvi- əxlaqi söhbət aparam. Müəllim olaraq mən sadəcə şagirdlərin davranışlarında nəyin qəbul edilmədiyini, övladlarının onların nəzarəti xaricindəki davranışlarını təhlil edir, hansi psixoloji durumdan keçdiyini diqqətlərinə çatdırmağa çalışıram. Bu istiqamətdə onların dəstəyinə ehtiyacım olduğunu vurğulayıram.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!



Bu yolda hansı çətinliklərlə üzləşmisiniz?


-İş olan yerdə çətinlik də ola bilər. Çünki yüzlərlə şagirdin hərəsi fərqli ailə mühitindən gəlir, münasibətlərin eyni olması mümkün deyil. İstənilən halda, valideynərimin də gözləntisinin nə olduğunu aydınlaşdırandan sonra o istiqamətdə nə qədər haqlı və ya haqsız olduqlarını müəllim ədəb- ərkanına yaraşacaq şəkildə yoluna qoyuram ki, tərəflərin heç biri narazı qalmasın. Valideyn məmnuniyyəti təhsilin sütünudur.


Məktəb sizi maddi- texniki baza və infrastruktur olaraq qane edirmi?

-Bu sualınıza “bizim bir avazımız var, bir də yazımız” cümləsi ilə cavab vermək istəyirəm. İşlədiyim məktəbin statusuna görə maddi- texniki bazasının digər məktəblərlə müqayisə olunması düzgün olmaz. Müasir texnologiya əsrinə cavab verən bir məktəbdirmi? Xeyr. Təchizat sistemi tamdırmı? Xeyr. Biz bu cür məktəblərdə şagirdin yeri gələndə prometan lövhəsi, yeri gələndə laborotoriyası, bəzən tibb otağı, bəzən də linqofonu oluruq. Mənim bir şüarım var: “ məktəbi məktəb edən binası yox, müəllimləridir”. Doğrudur, tədris olunan dərs prosesi müasir dövrün tələbinə uyğun olmalıdır, standartlar bərabər paylanmalıdır ki, 11 ilin yekunu üçün planlaşdırılmış nəticə əldə oluna bilsin. Amma bu bəhanənin arxasına da sığınıb müəllimliyimizi hədər etmirik. Dərslərimizi əlimizdəki imkanlar daxilində keyfiyyətli edə bilmək üçün lazım olanda öz maddi təminatımızdan da boyun qaçırmırıq.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!



Fürsətiniz olsaydı təhsildə hansı yenilikləri etmək istəyərdiniz?



Qısa və konkret qiymətləndirmə sistəmi üzərində yenidən işləyərdim. İstər məktəbdaxili istərsə də attestat qiymətləndirməsi. Qəbul imtahanında subyektiv yoxlama faktoru başqa vasitə ilə əvəz olunmalıdır. Məktəbdaxili qiymətləndirmədə şagird bu prosesin mahiyyətini dərk etməli və ona bağlılığı olmalıdır. Şagirdi təhsilə cəlb etmək üçün şagirdyönümlülüyü əsas götürsək də, uşağın tabeliyi olmasa, təhsildə könüllülük 18 yaşın altında birinin bir o qədər də marağında olmur.

Təhsilimizə bal versəydiniz 10 ballıq sistemdə neçə bal verərdiniz və niyə?


- Müəllim kimi də mən qiymət verməyi sevmirəm. Çünki subyektiv meyarlar istər - istəməz yanaşmaya təsir edir. Təhlil edib, həmkarlarımla dəyərləndirmə müzakirəsinə qatıla bilərəm. Pedaqoji prosesdə nəyin müsbət nəticə verib-verməməsi yönündə fikirlər irəli sürə bilərəm. Təhsil tək müəllim-şagird və valideyn üçbucağından asılı deyil. Cəmiyyətin hər bir üzvü təhsilin bir elementidir. Zəncirin bir halqası natamam olanda davamlılığı təmin etmək olmaz. Buna görə də təhsildəki nöqsanları ancaq onun-bunun üzərinə atmaqla övladlarımızı mükəmməl bir təhsillə təmin edəcəyimizə gəlin özümüzü inandırmayaq. Öncə özümüzdən başlayaq - öyrətmək bələkdən başlayır, uşaqlar isə məktəbə 6 yaşından qəbul olunur.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!


Təhsil sahəsində hansı uğurlarınız var?

-Bütün maddi çətinliklərə baxmayaraq, qənaətbəxş olmayan infrastruktur ilə rahatlıqla deyə bilərəm ki, çox istedadlı şagirdlərimiz var. Bu yaxınlarda keçirilmiş fənn olimpiadasında məktəb üzrə 14 qalib şagirdimiz olmuşdur. Onlardan 3 nəfəri məhz rəhbərlik etdiyim 8-ci sinifdəndir. Bu sinifdə sərbəst şəkildə özünü ingiliscə ifadə edə bilən, eşitdiyini anlayan şagirdlər də çoxdur. Müəllimləri olaraq onları həvəsləndirmək məqsədilə sosial platforma səhifəsi yaratmışam. Həmin səhifədə şagirdlərin ingilis dili kompleksini aradan qaldırmaq və onları bu dili danışmağa adaptasiya etmək üçün videodərslər çəkib paylaşırıq. Bu onlara motivasiya olmaqla yanaşı, həmyaşıdlarına da stimul olur. Ümid edirəm ki, sinif olaraq şagirdlərim daha böyük uğurlara imza atacaq və təhsildə güclülər sırasına qoşulacaqlar.

Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!
Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!
Peşəkar müəllim Səbinə Əsədova. Tanıyaq! Tanıdaq!


Bugünkü qonağımız İngilis dili müəllimi Səbinə Əsədova oldu. O öz işini yeni metodikaya əsaslanaraq uğurla peşəkarcasına davam etdirir. Sizin kimi müəllimlərə hər zaman ehtiyacımız var. Təhsil həyatınızda davamlı müvəffəqiyyətlər arzulayırıq.

Oxunub: 1 642
Paylaş:
Digər xəbərlər

Müsahibə

9-02-2024, 12:34

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Elm və təhsil

21-12-2023, 12:16

Yaradıcı müəllim müsabiqəsinin qalibləri açıqlanıb

Peşə təhsili

29-01-2024, 15:58

Peşə məktəbinin məzunu: Hazırda işçilərin həyat sığortası üzrə çalışıram

Hadisə

3-07-2023, 10:20

Lənkəranda müəllim vəfat edib

Şikayətlər

1-05-2023, 11:42

Sumqayıtdakı İnternat tipli Gimnaziyada biabırçılıq: Direktor əvəzi və müavinlərin "razborka"sı məktəbi "türmə"yə çevirib - ŞOK FAKTLAR - FOTO

Araşdırma
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Elm və Təhsil
Bugün, 18:06
Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
Bugün, 10:38
Bakıda yerləşən bağçada ciddi nöqsanlar aşkarlandı
Bugün, 10:38
MİQ-in IV günündə 5 fənn üzrə imtahan KEÇİRİLƏCƏK
Bugün, 10:37
İyulun 11-də GRE imtahanı keçiriləcək
Bugün, 10:35
Qabiliyyət imtahanlarının nəticəsi ilə bağlı apellyasiyaya müraciət SAYI
Dün, 18:50
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Hadisə
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Son xəbərlər
  • Bugün, 18:06
    Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
  • Bugün, 10:38
    Bakıda yerləşən bağçada ciddi nöqsanlar aşkarlandı
  • Bugün, 10:38
    MİQ-in IV günündə 5 fənn üzrə imtahan KEÇİRİLƏCƏK
  • Bugün, 10:37
    İyulun 11-də GRE imtahanı keçiriləcək
  • Bugün, 10:35
    Qabiliyyət imtahanlarının nəticəsi ilə bağlı apellyasiyaya müraciət SAYI
  • Dün, 18:50
    Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
  • Dün, 08:36
    Direktorların işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
  • Dün, 08:34
    Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
  • Dün, 08:33
    Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı bu tarixdə OLACAQ
  • Dün, 08:32
    II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları
  • Dün, 08:31
    BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir
  • Dün, 08:18
    9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!
  • Dün, 08:17
    Bu ölkədə məktəbi bitirənlərin yalnız yarısı universitetə daxil olur
  • Dün, 08:15
    Bu fənn üzrə imtahanın nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək
  • 7-07-2025, 16:13
    Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
  • 7-07-2025, 13:03
    Magistraturaya ixtisas seçimi BAŞLADI
  • 7-07-2025, 13:02
    Virtual asılılıq,real faciə: Psixoloqdan ÇAĞIRIŞ
  • 7-07-2025, 13:01
    Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
  • 7-07-2025, 13:00
    Azərbaycanın üç rayonunda 7 məktəb TİKİLİR
  • 7-07-2025, 13:00
    Nazirlik: Bu il 9 bağça fəaliyyətə başlayacaq
  • 7-07-2025, 12:58
    Uşaq məktəbə hazırdırmı? - Məktəbəhazırlıq dönəminin ÖNƏMİ
  • 7-07-2025, 12:58
    Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir
  • 7-07-2025, 12:57
    Bu ixtisas qrupu üzrə rəqabət ARTACAQ
  • 7-07-2025, 12:56
    BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub
  • 7-07-2025, 12:55
    Deputat: İmtahan suallarının çətinlik dərəcəsi eyni olmalı idi
  • 5-07-2025, 13:08
    Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
  • 5-07-2025, 13:07
    Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
  • 5-07-2025, 13:06
    Bu kolleclərdə yeni rəhbər təyinatları olub
  • 5-07-2025, 13:05
    Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
  • 5-07-2025, 00:10
    Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
  • 5-07-2025, 00:09
    Növbəti tədris ili ilə bağlı vacib yenilik
  • 5-07-2025, 00:08
    Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
  • 4-07-2025, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • 4-07-2025, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • 4-07-2025, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Daha çox
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Dün, 18:50
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
4-07-2025, 13:22
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
Dün, 08:34
Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə