Təhsil İnstitutu Layihələrin idarə olunması şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edib.İnstitutun Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıq çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq bu istiqamətdə layihə təklifləri verir və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti, eləcə də şöbənin fəaliyyətinə uyğun olaraq digər funksiyaları həyata keçirir.
Vəzifə öhdəlikləri:
• Layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi;
• Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi;
• Layihələr üzrə məlumatların təhlili və hesabatların tərtibi;
• Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
• Təhsil tədqiqatlarının aparılması;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.