
Elm və Təhsil Nazirliyi idarə sistemində bir neçə agentlik özünü göstərir ancaq özlərinə uyğun işlərlə məşğuldurlar. Kimi özünü sübut etməyə, məşhur olmağa çalışır. Kimi öz sözünü keçirməyə, eqosuna xidmət etməyə, kimisə də daha çox pul qazanmağa. Nəticədə də heç kim "stulundan" vaz keçmir. Məsələ burasındadır ki, əgər bu agentliklər ümumi ölkədəki vəziyyəti analiz edib hərtərəfli yanaşıb qərarlar almazsa, orta yerdə düşünülmüş ən gözəl layihə belə uğursuz olacaqdır. Üstəlik niyə bu qurumlar daima məktəblərin Nazir övladları oxuyan lisey və özəl məktəbləri əsas götürən dəyərləndirmələr edirlər. Bu ən böyük haqsızlıqdır. Azərbaycanın fərqli bölgələrindəki ciddi problemlərlə məşğul olmurlar, çatışmazlıqları müəyyənləşdirmirlər, yeni üsullar yaratmırlar, lazımi tədbirlər görmürlər. ANCAQ YENİ LAYİHƏ İRƏLİ SÜRÜB YENİLİK GƏTİRİRLƏR. NİYƏ? Məgər o qədər həllini gözləyən problem heç kimi maraqlandırmırmı? Məgər o qədər qarşısıalınmaz hallara qarşı ciddi tədbirlər görülsəydi indi bu hal yaşanardımı? Niyə hamının bildiyi şeyləri bu qurumlar bilmirlər? Niyə ancaq bir şeyi kimsə ictimailəşdirdikdən sonra addım atılır. Niyə yoxlama edib səhvlər aşkarlamaq yerinə bir dəfə də yoxlama edib məktəblər, şagirdlər leyhinə uğurlu addım atıb çatışmazlıqları ARADAN QALDIRMIRLAR VƏ YA BU SAHƏDƏ ADDIM ATMIRLAR. Problemlər problem olaraq qalır amma fikirləri ancaq yeniliklər, imtahanlar, təlimlərdir. Məgər bu problemlər, çatışmazlıqlar aradan qalxmazsa nə mənası var ki, formal xarakter daşıyan, şablon imtahan və təlimlərin?!.
Niyə kimsəni, hansısa qurumu həqiqətən təhsil və gələcək maraqlandırmır? Ancaq özlərin haqlı çıxartmaq cəhdləri, yenilik gətirmək, səhv tapıb özü ilə fəxr eləmək, eqolarını böyütmək, ən əsası da stullarını qorumaq işinə baxırlar?