Sertifikasiya imtahanının keçirilməsində bir çox problemlərlə qarşılaşılmışdır. Biz bu problemləri haqsızlıqları öncədən saytımızda dəfələrlə işıqlandırdıq. Amma bu dəfə dil məsələsini danışmaq istəyərdik. Çünki həqiqətən müəllimlər əziyyət çəkirlər. Metodikadan Azərbaycan dilində yoxsa rus dilində imtahanın verilməsi problemi müəllimləri çox narahat edir. Əsas narahatlıq səbəbi də uyğun dərslik və vəsaitlərlə təmin olunmamasıdır.
Müəllimlər nədən və necə hazırlaşacaqlar, onlara təlim keçirilibmi, hansı tip suallarla qarşılaşacaqlar, müsahibə necə olacaq bütün bu suallar cavabsızdır.
Amma ən əsas məsələ Azərbaycanda rus dilindən başqa dil yoxdurmu? Bəs niyə onlar öz dillərində vermirlər, məhz elə rus dilləri bu qədər incidirlər?
Müəllimlər buna dəfələrlə etiraz etsə də, həll olunmamışdır. Açığı problem kimi qəbul belə edilmir. Bəs müəllim təmin edilməyibsə, niyə tələb edirsiniz???
Hazırlıq üçün heç bir tədbir görülməyib, heç bir vəsait verilməyib. Amma tələb edirsiniz. Müəllimlərə vəhy gəlməsinimi gözləyirsiniz???
Bu necə bir sistemdir? Müəllimlərin taleyi ilə oymamaq lazım deyil. Onsuz da aldıqları maaş əziyyətlərinə dəymir, yaşam səviyyəsii aşağıdır. Üstəlik də 35% üçün şərtlər qoymusuz.
Belə olan halda daha ədalətli, daha şəffaf, daha humanist keçirilməsi lazımdır. Ya hamı öz dilində ya da hamı Azərbaycan dilində!