Azərbaycanda, bəlkə də, ən çox nöqsanların və neqativlərin tüğyan etdiyi sahə təhsil sektorudur. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Demək olar ki, hər gün təhsil müəssisələrində baş verən neqativ hadisələr haqda məlumat alırıq. Gah müəllim şagirdi, gah şagird müəllimini, gah da direktor öz pedaqoji kollektivinin üzvünü döyür. Yaxud da təhsil sektoruna xələl gətirən digər xoşagəlməz hadisələr baş verir. Bütün bunlardan isə həm müəllimlər, həm şagirdlər, həm də valideynlər əziyyət çəkir. Nəticə isə daha acınacaqlıdır. Gələcək nəslin formalaşmasında müstəsna rol oynayan təhsil sektoru baş verənlər səbəbindən gələcəyimizi böyük sual altında qoyur.TehsilMedia.az xəbər verir ki, müəllim adına yaraşmayan və təhsilimizin bərbad vəziyyətdə olmasını sübuta yetirən növbəti hadisə Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Zeyvə kənd S.Məmmədov adına tam orta məktəbində baş verib.
Zeyvə kənd tam orta məktəbinin direktor müavini Reyhan İsmayılova müəllimləri hədələyir, direktora qarşı qarayaxma kampaniyası aparır. O bu əməlləri ilə məktəbin nüfuzuna xələl yetirir. Bu da ölüyündə yanlız həmin məktəbə deyil, həmin məkəbdə təhsil alan şagirdlərin də gələcəyini məhvə sürükləyir.
Bununla bağlı Gəncə DaşkəSən Regional Təhsil İdarəsi bu direktor müavini ilə bağlı tədbirlər görməlidir.